• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi parklanma yerləri ləğv edildi

Bəzi parklanma yerləri ləğv edildi
29.05.2020 09:25
Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) təklifi ilə paytaxtda bir neçə yerüstü pullu parklanma yerləri ləğv edilib, orada quraşdırılan parkomatlar çıxarılaraq yerləri dəyişdirilib. Bu barədə Trend-ə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, buna səbəb həmin yerüstü pullu parklanma yerlərinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edilməsi olub.

K.Əliyev qeyd edib ki, yol kənarlarında quraşdırılan parkomatların nəqliyyatın hərəkətinə təsiri ilə bağlı bir müddət əvvəl BDYPİ, Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) nümayəndələrinin iştirakı ilə birgə keçirilən növbəti araşdırmalar zamanı 80-dən çox yerüstü pullu parklanma yerinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edildiyi aşkar edilmişdi: "Müəyyən olunmuşdu ki, parklanma yerlərinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edilməsi xüsusilə pik saatlarında nəqliyyatın fasiləsiz hərəkətinə maneələr yaradır. Ona görə də həmin yerlərin ləğv edilməsi ilə bağlı BDYPİ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılmışdı”.

Şöbə rəisinin fikrincə, mərkəz ərazilərdəki bəzi duracaq yerləri ləğv edilsə də, duracaqlara olan tələbatın ödənilməsi baxımından paytaxtın digər yerlərində yeni parklanma yerlərinin yaradılmasına ehtiyac var: "Lakin bu, razılaşdırılmış qaydada olmalıdır. Hazırda bu məqsədlə araşdırmalar davam edir”.

Məsələyə aydınlıq gətirmək məqsədilə sahəyə məsul qurum olan BŞİH Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsindən (XTAİ) hər hansı məlumat almaq üçün mütəmadi olaraq göstərdiyimiz cəhdlər nəticəsiz qaldı. İdarənin rəisi Həsən Abdullayev zənglərə cavab verməsə də, onun müavini Lətif Axundov Trend-ə bildirib ki, onlara KİV-ə hər hansı açıqlama vermək qadağan olunub. Bunun üçün BŞİH-in mətbuat xidməti ilə əlaqə saxlamaq lazımdır. BŞİH-in mətbuat xidmətindən isə bildiriblər ki, XTAİ-yə mətbuata açıqlama vermək üçün heç bir qadağa qoyulmayıb. Sadəcə, görünür, Avropa Oyunları öncəsi görülən işlərlə bağlı ümumi məlumat veriləcək.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol