• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirdən maliyyə dəstəyi AÇIQLAMASI

Nazirdən maliyyə dəstəyi AÇIQLAMASI
29.05.2020 06:59
Azərbaycanın gənclər və idman naziri və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov I Avropa Oyunlarına qatılacaq hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi məsələsi ilə bağlı mətbuata açıqlama verib.

Əməliyyat Komitəsinin yaydığı məlumata görə, nazir A.Rəhimov açıqlamasında bunları deyib:

"İlk növbədə Avropa Olimpiya Komitələrinin (AOK) 2012-ci il dekabr ayında Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı verdiyi qərarından irəli gələn öhdəliklər barədə bütün Azərbaycan xalqının da məlumatlı olmasını istərdim. Bu öhdəliklərə I Avropa Oyunlarına qatılan hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda bildirirəm ki, bundan öncə keçirilmiş London, Soçi və digər Olimpiya Oyunları üçün də belə öhdəliklər mövcud olmuşdur. Beynəlxalq idman aləmində bu təcrübə geniş yayılmış və hər hansı bir istisna halı kimi qəbul edilməməlidir”.

Gənclər və idman naziri qeyd edib ki, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi xalqımıza mənfəət gətirəcək, eləcə də ölkəmizin dünya arenasında daha da möhkəmlənməsinə yardım edəcək: "Oyunları izləyən beynəlxalq tamaşaçı kütləsi sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycanı bir daha tanımaq şansı əldə edəcək. Bildirmək istərdim ki, oyunlar üçün ayrılmış və xərclənən maliyyə vəsaiti ciddi şəkildə yoxlanılır və bu barədə ictimaiyyətə mütəmadi məlumatlar verilir”.
 
 
ANN.Az
 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol