• $
  • €
  • ₽
  • ₺
  • £

Hüquq müdafiəçisi ölümlə hədələndi - Azərbaycanda

Hüquq müdafiəçisi ölümlə hədələndi - Azərbaycanda
27.02.2015 20:43
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovu ölümlə hədələyiblər.


Bunu virtualaz.org saytına açıqlamasında Eyyub Hüseynov özü bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilata fevralın 11-də bir şikayət daxil olub: "Şikayət edən şəxsin qolu və başı sarıqlı idi. Sarğının üzərində hətta qan izləri də vardı. Bu şəxs Sabirabad rayonunun Nizami kənd sakini Cəbrayılov Vilayət Oruc oğludur”.

E.Hüseynov dedi ki, V.Cəbrayılovun şikayət ərizəsində Nizami kənd orta məktəbində çalışan iki müəllimin saxta diplom almasından bəhs edilirdi: "Ərizədə göstərilən faktlarla bağlı həmin kəndin digər sakinlərinin münasibətini öyrəndim. Arif Həsənov adlı sakin müəllimin saxta diplomla işləməsi barədə kənd əhalisinin məlumatlı olduğunu bildirdi. Bundan sonra ərizələri Nazirlər Kabinetinə ünvanladım”.

E.Hüseynov qeyd etdi ki, şikayət ərizəsi ilə bağlı ona istinadən saytda fevralın 12-də məlumat yerləşdirilib:

"Fevralın 25-dən zəng vuraraq məni təhqir və təhdid edirlər. Hətta Bakıya gələrək öldürəcəklərini söyləyirlər. Məni ölümlə təhdid edən şəxs özünü saxta diplom almaqda ittiham olunan Lazım Cəbrayılovun və onun qardaşı Kazım Cəbrayılovun atası Ağamirkamal kimi təqdim edir”.

Hüquq müdafiəçisi məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətdə onu ölümlə hədələyən şəxsin kimliyinin müəyyənləşdirilməsi və qanunvericiliyə uyğun olaraq cəzalandırılması xahiş olunur.
 
ANN.Az
 
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol