• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda parkı söküb bina tikirlər

Bakıda parkı söküb  bina tikirlər
01.03.2015 17:00
Yeni Əhmədli ərazisindəki yaşayış binalarının arasında yerləşən parkı sökərək yerində bina tikirlər. 

ANS PRESS-in arqument.az-a istinadən xəbər verir ki, bu barədə Yeni Əhmədli (Həzi Aslanov metrostansiyasının yanı) Xudu Məmmədov küçəsi 33 nömrəli binanın sakinləri məlumat verib. 

Onlar qeyd edib ki, uzun illərdir sakinlərin istirahət, uşaqların əyləncə parkı sökülür.

Tikinti aparılması məqsədilə parkda olan idman qurğularını və yelləncəklər artıq qoparılaraq atılıb. Sakinlər tikintinin dayandırılması üçün məhkəməyə də müraciət ediblər. Müraciətdən sonra parkın yerində aparılan tikinti dayandırılsa da, 2 aydan sonra yenidən işə düşüb.

Sakinlər qeyd edir ki, onları narahat edən təkcə parkın məhv edilməsi deyil. Aparılan tikintinin binaya çox yaxın olması, binanın həyətinin zəbt edilməsi də sakinlərin narahatlığına səbəb olur.

Qeyd edək ki, tikililər arasında ara məsafələr haqqında ölkədə qüvvədə olan qaydalara əsasən, bina və ya qurğunun ara məsafələri kimi müəyyən edilən torpaq sahəsi bütün hallarda nəqliyyat yolunun üstündə olmalı və ya nəqliyyat yoluna (nəqliyyat keçidinə) çıxışa malik olmalıdır. Yəni iki bina arasında maşın yolu olmalıdır ki, nə vaxtsa yanğın olsa, yanğınsöndürən maşın ora girə bilsin.

Sakinlərin sözlərinə görə, bina ilə yeni tikili arasında məsafə çox az qoyulub.
 
ANN.Az
 




Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol