• $
  • €
  • ₽
  • ₺
  • £

44 yaşlı Qarabağ qazisi öldü

44 yaşlı Qarabağ qazisi öldü
01.03.2015 18:01
Qarabağ qazisi Yuri Valeryeviç Drobotov vəfat edib. 

ANS PRESS-in məlumatına görə, Qarabağ uğrunda gedən döyüşlərdə hər iki ayağını itirmiş döyüşçü dünən səhər saatlarında dünyası dəyişib.

Qəhrəman döyüşçü dünən Buzovna qəbiristanlığında torpağa tapşırılıb. 

Şuşa, Daşatltı, Laçın, Kəlbəcər, Ağdam-Naxçivanik uğrunda döyüşlər iştirak etmiş qəhrəman döyüşçünün dəfn mərasimində Qarabağ əlilləri və vetaranları, 234 saylı məkətəbin bir qrup şagirdi, yaxınları və doğmaları iştirak edib.

Yuri Drobotov 1 həftə bundan əvvəl, özünün ad günündən 2 gün sonra hospitla agır insult dioqnozuyla yerləşdirilmişdi. Dostlarının sözlərinə görə, Yuri müəyyən səbəblər üzündən 7 ildir veteranlıq müavinətini ala bilmirdi. O, Buzovnada Rasim İmanov küçəsindəki 36 saylı 5 mərtəbəli binanın sonuncu mərtəbəsində qoca anası ilə birgə yaşayırdı. Qarabağ qazisinə yardım etmək istəyənlər onun anası Drobatova Marqarita Vasilyevnanın adına hesab açmışdılar.

Yuri Valeryeviç Drobotov 1971-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildən DİN-də işləməyə başlayıb. Həmin ilin ortasında Qarabağda gedən döyüş əməliyyatlarında, AMON-un tərkibində sonra 1992-ci ildə Şuşa şəhərində, Daşatltı əməliyyatında, Laçın, Kəlbəcər, Ağdam-Naxçivanik kəndində gedən döyüşlərdə fəali iştirak edib və ağır yaralanıb. Müdafiə Nazirliyinin Hərbi Kilinik Hospitalında müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılıb. 776- saylı hərbi hissənin 2-ci Tağımının komandiri vəzifəsində olmaqla Cəbrayıl, Füzuli və 472 saylı hərbi hissənin tərkibində Qubadlı royununda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Drobotovun son döyüş yolu Zəngilan uğrunda gedən döyüşlərdə başa çatıb. Müharibədə aldığı yaralanmalar nəticəsində dizdən aşağı olmaqla əvvəlcə sağ, daha sonra isə sol ayağı amputasiya edilib. 

Allah Vətən uğrunda canından keçənlərə rəhmət eləsin!
 
ANN.Az
 




Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol