• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ali Neft Məktəbində müsabiqə keçirildi - FOTOLAR

Bakı Ali Neft Məktəbində müsabiqə keçirildi - FOTOLAR
02.03.2015 13:59
Bakı Ali Neft Məktəbində "Gənc kimyaçıların yaradıcılıq musabiqəsi” keçirildi. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Təhsil Nazirliyi ilə birgə keçirilən müsabiqənin açılış mərasimində təşkilatçıları və iştirakçıları salamlayaraq onlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyətinin uğurları və perspektivləri haqqında ətraflı məlumat verdi. E.Qasımov BANM-in ölkə ictimaiyyəti, digər təhsil müəssisələri, elmi-tədqiqat institutları və yaradıcılıq mərkəzləri ilə daim sıx əməkdaşlıq etdiyini qeyd edərək, müsabiqənin məhz bu Ali Məktəbdə təşkilinin belə əməkdaşlığın bariz nümunəsi olduğunu vurğuladı. Rektor müsabiqə iştirakçılarına bu cür tədbirlərdə həmişə fəal iştirak etməyi tövsiyə etdi və onlara bilik yarışında uğurlar dilədi.

 Bakı Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov müsabiqə iştirakçılarını salamlayaraq, yeniyetmələrin yaradıcılıq fəaliyyətinə cəlb olunmasının onların təhsildə motivasiyasının artırılmasına xidmət etdiyini, gələcək həyat yolunun seçilməsində vacib amil olduğunu vurğuladı. O, bu istiqamətdə son illər təşkil olunan tədbirlərdən danışaraq, təhsil sistemində ardıcıl olaraq həyata keçirilən islahatların perspektivlərini yüksək qiymətləndirdi və müsabiqə iştirakçılarına bilik və bacarıqlarının nümayişində müvəffəqiyyətlər arzuladı. 

BANM-in "Kimya mühəndisliyi” ixtisasının 1-ci kurs tələbəsi Nərmin Baxışova və "Kimya mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi, prezident təqaüdçüsü Pərnaz Səlimova təşkilatçılara və müsabiqə iştirakçılarına müraciətlərində özlərinin bu Ali Məktəbin tələbəsi adını qazandıqlarından qürur hissi keçirdiklərini qeyd edərək, buradakı münbit təhsil mühitinin, məzmunlu və maraqlı tələbə həyatının onların şəxsiyyət və mütəxəssis kimi formalaşmasında böyük rol oynadığını vurğuladılar. Onlar bu cür  müsabiqələrin şagirdlərin biliklərinin nümayişi üçün vacib rol oynadığını vurğuladılar. Tələbələr, həmçinin, müsabiqə iştirakçılarını gələcəkdə BANM-də ali təhsil almağa dəvət etdilər və tələbələrin sırasına qoşulan hər bir gəncə hamilik etməyə hazır olduğlarını bildirdilər.

Daha sonra 10 uşaq yaradıcılıq mərkəzinin, 2 yeniyetmə yaradıcılıq mərkəzinin,1 uşaq gənclər yaradıcılıq mərkəzinin, 7 texniki yaradıcılıq mərkəzinin, 1 gənc turistlər və diyarşünaslıq mərkəzinin, 2 şagirdlərin ekoloji tərbiyə və təcrübə mərkəzinin, 1 ekoloji tərbiyə və təcrübə mərkəzinin, 2 məktəbdənkənar tərbiyə işi mərkəzinin hər birində 3 nəfər olan 26 komandasının arasında müsabiqəyə start verildi. Komandaların üzvləri bir saat ərzində müsabiqə tapşırıqlarını yerinə yetirdikdən, sonra onların cavabları münsiflər tərəfindən qiymətləndirildi və qalib komandalar müəyyən edildi.

Tədbir çərçivəsində müsabiqə iştirakçıları üçün Bakı Ali Neft Məktəbi ilə tanışlıq ekskursiyası təşkil olundu.  

Yarışmanın yekununda 1-ci, 2-ci, 3-cü yerlərə çıxan komandaların üzvlərinə Bakı Ali Neft Məktəbinin 1-ci, 2-ci və 3-cü dərəcəli diplomları və mükafatları təqdim edildi.

ANN.Az
 







Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol