• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda erkən nikaha daxil olanların yaş həddi 15-dən aşağı deyil

Azərbaycanda erkən nikaha daxil olanların yaş həddi 15-dən aşağı deyil
02.03.2015 18:27
Azərbaycanda erkən nikaha daxil olanların yaş həddi 15-dən aşağı deyil, yuxarıdır.
 
Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

E.Səfərov bəzi ölkələrdə erkən nikahlar üçün yaş həddinin daha aşağı olduğunu deyib: "Məsələn, Tacikistanda erkən nikahlar üçün yaş həddi daha çox 12-dən 15-dəkdir. Bizdə isə qeyri-rəsmi nikaha daxil olanlar üçün yaş həddi 15, 16, 17-dir”.

Komitə rəsmisi qeyd edib ki, Azərbaycanda erkən nikahların səbəbi digər ölkələrdə olduğu kimi sosial vəziyyətlə bağlı deyil: "Bu, bizdə beyinlərdə formalaşmış stereotiplərdir, ailənin qayda-qanunudur. Onun dəyişdirilməsi üçün stereotiplərin dəyişdirilməsinə, güclü maarifləndirmə işlərinin aparılmasına, yerlərdəki dövlət qurumlarında bu sahədə güclü islahatlar aparılmasına ehtiyac var”.

Qeyd edək ki, Azərbaycanda 1999-2013-cü il illər ərzində nikaha daxil olan qadınların ümumi sayında yaşı 18-dək olan qızların sayı ən çox 1999-cu ildə (7,1%) qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2012-ci ildə yaşı 18-dək olan qızlarla nikaha girənlərin sayı 295, 2013-cü ildə isə 229 nəfər olub.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol