Ledi Qaqa Madonnanın yerinə keçir?

Madonna Ledi Qaqanın 2011-ci ildə mahnı oğurlama iddiası ilə bağlı ilk dəfə danışıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, pop musiqinin kraliçası Madonna Ledi Qaqa ilə uzun illər aralarındakı problemin olması haqqında ilk dəfə ictimaiyyətə açıqlama verib.
"Rolling Stone" jurnalında dərc olunan xəbərə görə, Ledi Qaqanın 2011-ci il tarixli "Born This Way" mahnısın özünə aid "Express Yourself" albomundan oğurluq edildiyi iddiasına cavab verib: "Bu günə qədər Ledi Qaqanı yalnız bir dəfə tənqid etmişəm. O da, mahnılarımdan birinin oğurlandığını düşündüyüm zaman. "Ledi Qaqa mənim tacımı ələ keçirir" və ya "taxtıma oturmaq istəyir" kimi hər hansı qorxum yoxdur. Onun özünəməxsus tərzi var. Çox istedadlı bir müğənni və bəstəkar olduğunu düşünürəm. Bəli, mahnımı oğurladığını düşünürəm, amma artıq vecimə belə deyil".
"Bizi qarşı-qarşıya qoymağa çalışırlar"
"Ledi Qaqanın mənim yerinə keçmək istədiyini düşünmürəm" - deyən Madonna həyat boyu müxtəlif təhlükələrlə üzbəüz olduğunu bildirib: "Qadınları bir-birinə düşmən etmək istəyən adamlarla dolu dünyada yaşayırıq. Mən də bir qadın olaraq eyni durumda olan qadınların arxasında durur və onları dəstəkləyirəm".
ANN.Az