• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatra kollektiv sifarişlər gəlir - Fotolar

Musiqili Teatra kollektiv sifarişlər gəlir - Fotolar
03.03.2015 15:26
Azərbaycan Dövlət Musiqili Teatrına tamaşaçı marağı gündən-günə artmaqdadır.

ANN.Az xəbər verir ki, Teatrın hazırladığı bir-birindən maraqlı tamaşalar böyük tamaşaçı kütləsinin rəğbətini qazanıb. Məhz bunun nəticəsidir ki, son vaxtlar teatrın tamaşalarına kollektiv sifarişlər verilir. Həmin kollektivlərdən biri də Bakı Ali Neft məktəbidir. Ü. Hacıbəylinin "O olmasın, bu olsun” tamaşası növbəti dəfə bu ail təhsil müəssisəsinin kollektivi üçün nümayiş olunub.
 
Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoglu bildirib ki, başda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov olmaqla Neft Məktəbinin müəllim və tələbə heyyəti uğurla keçən tamaşanı izləyib. Azərbaycan Dövlət Musiqili Teatrının Baş inzibatçısı Sücəddin Sadıyev "Müxtəlif kollektivlərin Musiqili Teatra böyük marağı var və bu maraq gündən-günə artır. Yəqin ki, bu oynanılan tamaşalarla, teatrımızın uğurlu repertuar siyasəti ilə bağlıdır. Demək olar ki, hər həftə bizə müxtəlif idarə və müəssisələrdən sifarişlər daxil olur. Bir sıra nazirliklər, təhsil, səhiyyə ocaqları kollektiv şəkildə gəlib tamaşalarımızı izləyirlər” deyə bildirib.

Qeyd edək ki, "O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli, Cənnət Səlimovadır. Tamaşada Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Elvin Əliyev, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış ediblər.

ANN.Az
 




Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol