• $
  • €
  • ₽
  • ₺
  • £

“Eurovision”da Azərbaycan təmsilçisinin seçilməsi qaydası dəyişdi

“Eurovision”da Azərbaycan təmsilçisinin seçilməsi qaydası dəyişdi
03.03.2015 20:53
Azərbaycanın "Eurovision 2015” Mahnı Müsabiqəsindəki təmsilçisi və onun müsabiqə mahnısı martın 15-dək elan olunacaq

Azərbaycanın İctimai Televiziyası 60-cı "Eurovision” Mahnı Müsabiqəsində ölkə təmsilçisini daxili seçim əsasında müəyyən edəcək.

APA-nın İctimai Televiziyanın saytına istinadən verdiyi məlumata görə, yayımçı televiziya hazırda may ayında Avstriyanın Vyana şəhərində keçiriləcək "Eurovision” Mahnı Müsabiqəsindəki çıxışının təşkili üzərində işləyir.

Bildirilib ki, milli seçimdə iştirak etməyə hazır, ölkə təmsilçiliyinə iddialı və özünə güvənən ifaçılar (Azərbaycanda və ya xaricdə yaşayan Azərbaycan əsilli ifaçılar) seçimlərə qatılmaq üçün ad, soyad, doğum tarixi, yaşadığı şəhər və sair barədə əsas məlumatlar, performansın audio/video yazısı, "Youtube” linki və beş ədəd fotonu təqdim etməlidirlər.

Azad bəstəkarlar mahnıların audio versiyası, sözləri və özləri haqqında məlumatları təqdim etməlidirlər. Mahnılarını təqdim etmək istəyənlərə  milli zəmində hər hansı bir məhdudiyyət qoyulmur. Seçimlərdə iştirak etmək istəyənlər öz ərizələrini [email protected] email ünvanına göndərə bilərlər.

Müraciət üçün ərizələrin qəbulu martın 6-dək davam etdiriləcək.

Azərbaycanın "Eurovision 2015” Mahnı Müsabiqəsindəki təmsilçisi və onun müsabiqə mahnısı martın 15-dək elan olunacaq.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol