• $
  • €
  • ₽
  • ₺
  • £

"Əli və Nino"dan danışa bilmərəm" - Fəxrəddin Manafov

"Əli və Nino"dan danışa bilmərəm" - Fəxrəddin Manafov
04.03.2015 20:01
Qurban Səidin "Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişlərinin başlanması haqqında artıq kinosevərlərə məlumat verilib.
 
AzNews.az xəbər verir ki, film kitabda təsvir olunduğu kimi Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet teatrında, Qobustanda və Xınalıq dağlarında çəkiləcək.

Filmi Böyük Britaniya vətəndaşı, "Bafta" mükafatı sahibi, milliyyətcə hind olan Asif Kapadia adlı rejissor ekranlaşdıracaq. Filmin prodüseri Kris Tikyer, ssenari müəllifi isə "Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Filmdə baş rollarda - Nino obrazını Maria Valverde, Əli rolunu Adam Bakri oynayacaq. Digər rolları isə Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Assad Buab, Numan Akar və başqaları canlandıracaq.

Xalq artisti Fəxrəddin Manafov AzNews.az-a bildirib ki, yaratdığı obraza görə, filmi ərsəyə gətirən şirkətlə aralarında müqavilə imzalanıb: "Məni bu filmə dəvət etdilər. Mən də dəvəti qəbul etdim. Sonra mən filmi çəkən şirkətlə müqavilə imzaladım. Həmin müqaviləyə görə, filmin çəkiliş işləri yekunlaşıb təqdim olunana kimi onun haqqında danışa, yaxud da məlumat verə bilmərəm”.

Xatırladaq ki, xalq artisti Fəxrəddin Manafov "Əli və Nino” filmində məşhur milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin obrazını yaradacaq.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol