• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrda Elçinin əsərinin müzakirəsi oldu - Fotolar

Musiqili Teatrda Elçinin əsərinin müzakirəsi oldu - Fotolar
05.03.2015 11:38
 Azərbaycan Dövlət Musiqili Teatrında Xalq yazıçısı Elçinin hazırda məşqləri gedən "Baladadaşın toy hamamı” musiqili komediyasının (bəstəkarı Firudin Allahverdi, liberetto müəllifi Novəl Vəliyev, şeirlərin müəllifi Vüqar Əbdulov) səhnə tərtibatının eskizlərinin müzakirəsi ilə bağlı dinləmələr keçirilib.
 
 
ANN.Az  xəbər verir ki, Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev yeni tamaşanın məziyyətləri, süjet xətti, ideyası, günümüzlə səsləşən məqamları haqqında məlumat verib.
 
Ə. Lalayev qeyd edib ki, "Baladadaşın toy hamamı” əsəri ümumilikdə, Abşeron, Bakı kəndləri, burada yaşayan insanların saf, təmiz duyğuları, həyat tərzi haqqında tamaşaçıda dolğun təəssürat yaradır.
 
Sonra tamaşanın quruluşçu-rəssamı, Xalq rəssamı Tahir Tahirov hazırladığı eskizlər haqqında məluumat verib. Tamaşanın quruluşçu rəssamı, Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimova, direktor müavinləri, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov, Hüseyn Hüseynov, tamaşanın liberotto müəllifi, Əməkdar artist Nofəl Vəliyev, rəssam Elgün Vəliyev, quruluş hissə müdiri Həmid Kazımzadə, geyim üzrə rəssam Yelena Almazova və texniki Şuranın digər üzvləri çıxış ediblər. Xalq rəssamı Tahir Tahirov tərəfindən işlənən baxımlı və maraqlı tərtibat müəyyən təkliflərlə qəbul olunub.
 
ANN.Az
 







Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol