• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA imtahan qaydalarını dəyişdi

AMEA imtahan qaydalarını dəyişdi
05.03.2015 16:29
Doktoranturada təhsil almaq istəyənlərin TOEFL və IELTS proqramları üzrə sertifikatları olmalıdır

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktoranturaya qəbul və doktorluq imtahanları qaydalarına dəyişiklik edilib.

AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev APA-ya açıqlamasında deyib ki, bu vaxta kimi olan qaydalara əsasən, doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları veriblər.

Bu ildən ediləcək dəyişikliyə əsasən isə doktoranturada təhsil almaq istəyənlərin ingilis dili fənni üzrə  imtahanda iştirak etmək üçün beynəlxalq ingilis dili proqramları - TOEFL və IELTS proqramları üzrə sertifikatları olmalıdır. Bu sertifikat olmadığı halda onlar doktoranturaya qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

AMEA-nın doktorluq imtahanları zamanı da TOEFL və IELTS proqramları üzrə sertifikat tələb olunacaq. Belə ki, AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları zamanı xarici dil biliklərinin müasir səviyyədə qiymətləndirilməsi üçün qaydalar müəyyən edilib. Tələbləri yüksəltmək məqsədilə namizədlərin ingilis dili biliklərinin qiymətləndirilməsi üçün doktoranturaya qəbul zamanı iddiaçı TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6.5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplaması barədə sertifikat təqdim etməlidir.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin iclasında fəlsəfə doktoru hazırlığı üzrə xarici dil biliklərinin keyfiyyətinin yüksəldilməsinə dair tədbirlər haqqında qərar qəbul olunub. Doktoranturaya qəbul və doktorluq imtahanları qaydalarına dəyişiklik bu qərara əsasən həyata keçiriləcək.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol