• $
  • €
  • ₽
  • ₺
  • £

Ən çox əmək müqaviləsi bağlanılan vəzifələr - SİYAHI

Ən çox əmək müqaviləsi bağlanılan vəzifələr - SİYAHI
05.03.2015 16:20
"Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində məşğulluq təsnifatı üzrə 7 093 vəzifə üzrə əmək müqavilələrinin bağlanması qeydə alınıb. Ən çox əmək müqaviləsi bağlanılan vəzifələr müəllim, həkim, fəhlə, sürücü, xadimə, mühəndis, satıcı, operator və s. vəzifələr, ən çox əmək müqaviləsi xitam verilən vəzifələr isə fəhlə, sürücü, satıcı, operator və s. vəzifələrdir".
 
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, ən çox əmək müqaviləsinə xitam verilən sahələr tikinti, ticarət, emal sənayesi, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələri olub ki, bu da daha çox həmin sahələrdə əmək müqavilələrinin əsasən müddətli olması və işçilərin hərəkət tezliyinin yüksək olması ilə bağlıdır. Əvvəlki illərlə müqayisədə bu tendensiya tikinti, ticarət və turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində daha (təxminən 30%) sürətlidir.

O, əmək müqaviləsinə xitam verilməsi və işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər, əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları barədə də məlumat verib: "Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vasitəsi ilə Əmək Məcəlləsinin 70-ci maddəsi üzrə əmək müqaviləsinə xitam verən işəgötürənlərə qanunvericiliyin tələblərinin çatdırılması məqsədi ilə onlara müvafiq məktublar göndərilib və daha çox əmək müqaviləsinə xitam verən işəgötürənlərlə münasibətdə araşdırmalara başlanılıb. Belə hallara yol vermiş işəgötürənlərdən qanunvericiliyin müvafiq tələbinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması tələb olunub".

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol