Boykot xəbəri yalan çıxdı

"Amnesty International" Bakı 2015 I Avropa Oyunlarını boykot etməyə çağırmayıb.
Trend-in xəbərinə görə, bu barədə "Amnesty International"ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Con Dalusenin məlumatında deyilir.
Məsələ ilə bağlı təşkilatın bəyanatında deyilir: "Amnesty International"ın "Guilty of Defending Rights: Azerbaijans human rights defenders and activists behind bars" sərlövhəli məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayıldı. Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə Oyunları boykot etməyə çağırıb".
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























