• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi telekanallardan şikayətləndi

Səhiyyə Nazirliyi telekanallardan şikayətləndi
10.03.2015 17:17
"Bu gün Azərbaycanın televiziya kanalları bəzi hallarda dərman vasitələrini və özəl müəssisələrin göstərdiyi tibbi xidmətləri qanunsuz reklam edirlər".
 
Trend-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli parlamentin İqtisadi siyasət komitəsinin martın 10-da keçirilən iclasında "Reklam haqqında” qanunun müzakirəsi zamanı bildirib.

A.Qədirli qeyd edib ki, dərman vasitələrinin və özəl müəssisələr tərəfindən göstərilən tibbi xidmətlərin reklamına Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən xüsusi komissiya icazə verir: "Dərman şirkəti və ya özəl tibbi klinika Səhiyyə Nazirliyinə müraciət edib reklam olunacaq dərman preperatının və yaxud hansısa xidmətin reklamının mətnini və videoçarxını təqdim edir və komissiya qanuna əsaslanaraq müzakirələrdən sonra rəy verir. Təəssüf ki, televiziya kanalları bu qaydaya çox vaxt riayət etmirlər və reklam təqdim edəndən həmin rəyi tələb etmirlər. Biz Milli Televiziya və Radio Şurasına müraciət etmişik, onların da bu istiqamətdə dəstəyini almışıq və telekanallara müraciətlər olunub”.

Onun sözlərinə görə, belə hallar Səhiyyə Nazirliyinin monitorinq qrupu tərəfindən aşkar edilərkən müdaxilə olunur və bunun qarşısı dərhal alınır.

Dərman preparatlarının qiymətinin tənzimlənməsi məsələsinə gəldikdə isə A.Qədirli bildirib ki, Səhiyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə bu məsələyə dair qərar layihəsi hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib: "Hazırda Nazirlər Kabinetində bu məsələ üzərində iş gedir”.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol