• $
  • €
  • ₽
  • ₺
  • £

Daha iki məşhur əsər Azərbaycan dilində!

Daha iki məşhur əsər Azərbaycan dilində!
10.03.2015 14:59
Bu gün Qanun nəşriyyatında iki yeni kitab yayıma göndərilib. Bunlardan biri L. Qrossman-ın "Dostoyevski”, digəri isə E.L Ceymsin – "Azadlığın əlli çaları” kitablarıdır. 

Qrossmanın qələmində Dostoyevskinin ziddiyətli həyatı!

"Müsibətlə bədbəxtlik dalbadal gəlir”. Onun həyatı bu kəndli hikmətini təsdiq edirdi. 

Leonid Qrossmanın "Dostoyevski” kitabında rus klassik ədəbiyyatının dühası Fyodor Dostoyevskinin dramatik həyatı əks olunub. Kitab bu ziddiyətli dahinin gənclik illəri, hərbi həyatının təsviri ilə başlayıb, əzablı sürgün dövrü də daxil olmaqla yaşamının son anlarına qədər olan hər şeyi özündə əks etdirir.  

Maksim Qorki : "Dostoyevskinin dahiliyi şəksizdir və təsvir gücünə görə bəlkə də yalnız Şekspirin istedadı onun istedadına bərabərdir”.
Kitabın tərcüməçisi Hüseyn Şərifdir. 


70 Milyondan çox satılan kitab!

"Sevgi haqqında yazılmış gözəl və çirkin nə varsa bu kitabdadır”. 

Bu elə bir romandır ki, onu az adam tərifləyir, ancaq çoxları oxuyur. Nədədir bunun sirri ?

E.L Ceymsin məhşur 50 çalarlar seriasından "Azadlığın əlli çaları” artıq bizim dildə nəşr edildi. Bu, E.L. Ceymsin 70 milyondan çox satılan və müəllifini ən çox qazanan yazıçılar sırasına daxil edən məşhur trilogiyasının son romanıdır. Son hissədə Anasteyşa öz sevgilisini daha  yaxından tanıyacaq. Kristian isə öz qısqanclığını ram etməyə çalışır. Onlar bir yerdə Monakoya, səyahətə çıxırlar. Monte-Karlo çimərliyində Kristian Anasteyşaya evlənmə təklif edir və o...
Oxucuları intim məqamlar və hissiyyatlı etiraflarla fəth eləmiş əsər necə nəticələnəcək? Anasteyşa və Kristian Qrey öz eşqlərini qoruya biləcəkmi? Bu kitabı sona qədər oxuyanda məlum olacaq. 

Kitabın tərcüməçisi Cahan Əliyevadır. 

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol