• $
  • €
  • ₽
  • ₺
  • £

Nar Mobile-dan növbəti sosial təşəbbüs

Nar Mobile-dan növbəti sosial təşəbbüs
10.03.2015 17:35
Mobil operator Azərbaycanın idman Federasiyalarında Açıq Qapı Günlərinin təşkili ilə bağlı kampaniyaya başlayıb.

Sağlam həyat tərzini və idmanı təşviq edən Nar Mobile, Bakı 2015 Avropa Oyunları ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın idman federasiyalarında Açıq Qapı Günləri adlı layihəyə başlayıb. Layihə çərçivəsində ilk tədbirlər Voleybol Federasiyası və 44 saylı məktəbdə keçirilib. Ümumi hesabla, 150 uşaq və yeniyetmə, o cümlədən onların valideynləri tədbirdə iştirak ediblər. İştirakçılar müxtəlif estafetlərə, idman yarışlarına fəal şəkildə cəlb olunublar. Bütün iştirakçılara Nar Mobile mobil operatorundan hədiyyələr verilib.

Mobil operatorun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarainin sözlərinə görə, Volleybol Federasiyasında Açıq Qapılar Günü Bakı-2015 Avropa Oyunları ilə tərəfdaşlıq çərçivəsində şirkət tərəfindən planlaşdırılan tədbirlər sırasında birincisidir.

"Bizim artıq digər idman federasiyaları ilə də razılaşmamız var. Növbəti görüşümüzü Azərbaycan Milli Karate Federasiyasında keçirməyi planlaşdırırıq. Uşaq və yeniyetmələrin digər federasiyaların məşqçiləri ilə də görüşləri planlaşdırılır. Bu tədbirlərin məqsədi məktəbli və onların valideynlərinə maraqlandığı idman növləri ilə yaxından tanış olmaq və artıq bu gün gənclər arasında gələcəyin ulduzlarını seçə biləcək məşqçilərlə söhbət aparmaq imkanını yaratmaqdan ibarətdir.”

Azərbaycan Voleybol Federasiyasının baş katibi Elşən İsmaylov uşaq və yeniyetmələrin möhkəm sağlamlığı və yaxşı idman hazırlığının ölkənin davamlı inkişafının mühüm elementləri olduğunu xüsusi vurğuladı. "Əsas vəzifəmiz idman dəyərlərini təşviq etmək, idmana marağı artırmaqdır. Bu cür tədbirlərin keçirilməsi hamı üçün vacibdir”, - deyə o sözlərinə əlavə etdi.

Həmçinin qeyd etmək lazımdır ki, Nar Mobile tərəfindən planlaşdırılan tədbirlərdə məşqçilər, aparıcı idmançılar və federasiya rəhbərləri iştirak edir. Mütəxəssislər valideynlərə idmanın növü, uşağın idman seksiyalarına qatılmaq yaşı, təlimlərin tezliyi və s. məsələlər haqqında ətraflı məlumatı verəcəklər.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflər təqdim etmiş və onların rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun fərqliliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

ANN.Az





Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol