• $
  • €
  • ₽
  • ₺
  • £

Yandırılan itlər haqda daha bir məlumat

Yandırılan itlər haqda daha bir məlumat
12.03.2015 13:37
Nazirlik ictimaiyyətdə yayılan söz-səhbətlə bağlı açıqlama yayıb

Kənd Təsərrüfatı Nazirliyi son zamanlar ictimaiyyətdə sahibsiz heyvanların məhv edilməsi ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama yayıb. 

ANN.Az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, heyvanların qorunması və xəstəliklərə qarşı profilaktik tədbirlər mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq vaxtında həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən vəhşi təbiətdə quduzluq xəstəliyi ilə mübarizə məqsədilə əlli min doza oral üsulla peyvənd aparılması üçün vaksin alınıb. Bu məqsədlə Xidmətin əməkdaşları meşə zonası rayonlarına, həmçinin Bakı və Sumqayıt şəhərlərinə ezam edilib. Ölkə üzrə 2014-cü ildə qeydiyyata düşmüş 250 minə yaxın itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ciddi nəzarət altında, Beynəlxalq Epizootik Büronun standartlarına uyğun həyata keçirilir. Biomüxtəliflik və kənd təsərrüfatı mühiti əsaslı və davamlı şəkildə mühafizə olunur. Sahibsiz heyvanların mühafizəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilir və gələcəkdə də bu işlərin davam etdirilməsi nazirliyin nəzarətindədir.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol