Millimiz daha 8 pillə gerilədi

FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
Qol.Az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi ötən ayla müqayisədə 8 pillə geriləyib.
Ötən ay aktivində 222 xal olan yığma bu dəfə 198 xalla 139-cu pillədə qərarlaşıb.
"Avro2016”nın seçmə mərhələsində millimizin rəqibləri olan İtaliya 10-cu (+2), Xorvatiya 19-cu (mövqeyində dəyişiklik yoxdur), Norveç 70-ci (-1), Bolqarıstan 71-ci (-1), Malta isə 145-ci (+4) yeri tutur.
Qeyd edək ki, növbəti reytin siyahısı aprelin 9-da açıqlanacaq.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























