• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi
12.03.2015 16:38
Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində cəbhə xəttində Ermənistan tərəfindən təxribat əməllərinə yol veriləcəyi, bölgədə vəziyyətin gərginləşməsinə cəhdlər göstəriləcəyi istisna edilmir.

Belə bir bəyanatla "Trend"-ə açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı çıxış edib.

Nazirliyin sözçüsü qeyd edib ki, belə bir təcrübə cəbhə xəttində dəfələrlə müşahidə edilib: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri istər özlərinin guya soyqırıma məruz qaldığı günlərin "ildönümləri”ndə, istər bizim üçün əlamətdar olan günlərdə həm işğal olunmuş ərazilərdə, həm də Azərbaycanla sərhəddə dəfələrlə cəbhə xəttində təxribat aktları törətməyə cəhd edib və hər dəfə də layiqli cavabını alaraq geri oturdulub. Müdafiə Nazirliyi bəyan edir ki, cəbhədə düşmənlə üz-üzə dayanan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ətrafda cərəyan edən hadisələrdən asılı olmayaraq hər zaman ayıq-sayıqdırlar və onlara layiqli cavab verməyə hazırdırlar. Avropa Oyunları zamanı cəbhədə bütün təxribatlara görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyacaq. Əgər belə bir hal olarsa, tərəfimizdən görüləcək cavab tədbirləri sərt və qətiyyətli olacaq!”

Qeyd edək ki, Azərbaycanın paytaxtı Bakıda I Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol