• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Pakistanla ikitərəfli iqtisadi əməkdaşlığımıza böyük nikbinliklə baxırıq”

İlham Əliyev: “Pakistanla ikitərəfli iqtisadi əməkdaşlığımıza böyük nikbinliklə baxırıq”
12.03.2015 19:17
"Pakistan prezidentinin səfəri çərçivəsində keçirilən görüşlər kifayət qədər məhsuldar olub. Bu görüşlər ölkələrimiz arasında əlaqələrin inkişafı üçün geniş imkanlar yaradacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumunda deyib.
 
Azərbaycanla Pakistan arasında mühüm sənədlərin imzalandığını qeyd edən prezident Pakistanın Azərbaycana ən yaxın dost və müttəfiq ölkələrdən biri olduğunu vurğulayıb: "Bu səfər əməkdaşlığımızın inkişafına töhfə verəcək. Gözəl siyasi münasibətlərimiz var. Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik".
 
Dövlət başçısı iki ölkə arasında ticarət dövriyyəsinin qaneedici olmadığını söyləyib. O, biznes forumun yaxşı nəticələr verəcəyinə əmin olduğunu bildirib. Prezident qarşılıqlı ticarət dövriyyəsinin artırılması, idxal və ixrac potensialının müzakirəsi baxımından biznes forumun əhəmiyyətini qeyd edib: "Şad olduq ki, pakistanlı biznesmenlər Azərbaycanda sərmayə imkanlarını nəzərdən keçirirlər. Ölkəmizdə əlverişli sərmayə mühiti var. Regionların iqtisadi inkişafı haqqında dövlət proqramının icrası da bu mühiti daha da möhkəmləndirib”.
 
Birgə müəssisələrin yaradılmasından bəhs edən dövlət başçısı iki ölkənin bir-birini BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda dəstəklədiyi kimi, iqtisadi əməkdaşlıq baxımından da bir-birilərini dəstəkləməsinin vacibliyini vurğulayıb. O, Azərbaycan və Pakistanın islam həmrəyliyini möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən də danışıb: "Biz ikitərəfli iqtisadi əməkdaşlığımıza böyük nikbinliklə baxırıq. Azərbaycan iqtisadiyyatı və qeyri-neft sektoru sürətlə inkişaf edir”.
 
Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn isə ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmasını qürurverici adlandırıb. Qonaq qeyd edib ki, ölkəsi əczaçılıq, idman, müdafiə sənayesi, yüngül və qida sənayesi məhsullarını Azərbaycan bazarına çıxara bilər. O, müxtəlif sahələrdə birgə müəssisələrin yaradıla biləcəyinə diqqət çəkib. Pakistan iş adamlarının bu tədbirdən maksimum səmərə əldə edəcəklərinə ümidvar olduğunu bildirən Məmnun Hüseyn ölkəsində yaradılan investisiya mühiti və gələcəkdə nəzərdə tutulan iqtisadi layihələrdən danışıb. Pakistan prezidenti bildirib ki, ölkəsi Azərbaycan iş adamlarına hər cür şərait yaradacaq: "Bu forumda qurulacaq biznes hər iki ölkənin iqtisadiyyatın inkişafına böyük töhfələr verəcək”.
 
Sonra Azərbaycan Ticarət və Sənaye Palatası və Pakistan Sənaye və Ticarət Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan və Pakistan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, səhiyyə, İKT və digər sahələrdə fəaliyyət göstərən 100 nəfər iş adamının iştirakı ilə keçirilən biznes forum işini təqdimat və çıxışlarla davam etdirib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol