• $
  • €
  • ₽
  • ₺
  • £

Hadı Rəcəblinin nümunə göstərdiyi Balabəy müəllim: “Məni biabır edəcək”

Hadı Rəcəblinin nümunə göstərdiyi Balabəy müəllim: “Məni biabır edəcək”
13.03.2015 21:20
"Mən indi tikinti işində işləyirəm. Daha müəllimlik etmirəm. Məni biabır edəcəklər”.

Bunu virtualaz.org saytına açıqlamasında adı Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin iki gündür müzakirə olunan müsahibəsində çəkilən, Lənkəranın Veravul kənd orta məktəbinin müəllimi Balabəy Qurbanov deyib.

B.Qurbanov Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdiyini və uzun müddət Veravul kənd orta məktəbində coğrafiya müəllimi işlədiyini dedi. Əlavə etdi ki, hazırda məktəbdə işləmir. Lakin o, müəllimlikdən nə vaxt uzaqlaşdığını açıqlamaq istəmədi.

B.Qurbanov yalnız onu dedi ki, hazırda tikintidə usta işləyir: "Hazırda Lənkəranda tikintidə işləyirəm. Bax, elə indicə - sizinlə danışdığım bu dəqiqələrdə əlimdə işim var, divar hörürəm. Bir neçə günlük işim qalıb”.

Deputat Hadı Rəcəblinin müsahibəsindən xəbərdar olduğunu deyən B.Qurbanov adının həmyerlisinin açıqlamasında çəkilməsinə belə münasibət bildirdi: "Elə Hadı müəllimin həngaməsidir ki, mənim başıma gəlib də. Bunlar məni biabır edəcəklər ki...” (gülür).

B.Qurbanov məktəbdən çıxmasının səbəbini belə izah edir: "Müəllim 250-300 manat maaş alır. İş yoldaşlarım var ki, 400 manat alır. Mənə izah edin görüm, bu məbləğlə ailə dolandırmaq olarmı? Kənd yerində vəziyyət çox çətindir. Bir qohum toyuna gedəndə bütün maaşın ora gedir”.

Balabəy müəllim bir neçə ixtisas sahibi olduğunu da söyləyir: "Mən həm də traktorçuyam, amma bənnalıq, hörgü işlərini də bacarıram. Aşpazlığı da necə lazımdır bacarıram. Bunları Lənkərandakı peşə məktəbində öyrənmişəm. Kiminsə əlinə baxıb öyrənməmişəm. Əlimdə sənədim var. Ustalıqla dolanmaq olur, amma müəllimliklə yox. Ustalıqla çörəkpulu qazanmaq olur. Həm də gecə rahat yata bilirsən”.

Balabəy müəllim deputat H.Rəcəbli ilə şəxsən tanış olub-olmaması barədəki sualı belə cavablandırdı: "Hadı müəllim kəndimizə gələndə görüşürük. Aramızda salaməleyk var”.

Xatırladaq ki, Hadı Rəcəbli müsahibəsində 150-200 manat maaşla dolana bilməyən müəllimlərin işdən sonra fəhləlik edə biləcəyi, hörgü işində işləyə biləcəyi haqda fikirlər səsləndirmişdi.

Hadı Rəcəblinin dediklərindən sitat: "Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır.

Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”
 
ANN.Az
 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol