• $
  • €
  • ₽
  • ₺
  • £

Xalq yazıçısı Anarın 77 yaşı tamam olur

Xalq yazıçısı Anarın 77 yaşı tamam olur
14.03.2015 10:14
Bu gün Azərbaycanın Xalq yazıçısı Anarın dünyaya gəlməsinin 77-ci ildönümüdür. Yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında yeni bir səhifə açan Anar 1938-ci ildə martın 14-də iki məşhur yazıçı- Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib. Elə yazıçının adı da ona doğma olan iki insandan bir xatirədir. O, 10 illik musiqi məktəbini gümüş medalla bitirib. Həyat yoldaşı Zemfira xanımla isə 1-ci sinifdən 10-cu sinfədək bir yerdə oxuyub. Yazıçı Anar Dövlət Universitetinin filologiya fakültəsinə, Zemfira xanımsa konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb. Onların izdivacından bir qız, bir oğlan övladları dünyay gəlib. 

Yazıçı Anar həm də içtimai xadimdir. O, Yazıcılar Birliyinin sədridir. 1995-2000-çi illərdə isə Milli məclisin üzvü olub. 1964-çü ildən Yazıçılar, Kinematoqrafçılar, Jurnalistlər və Teatr xadimləri ittifaqının üzvüdür. Anarın yaradıcılığında ilk əsərlərini Şuşada yazıb. "Keçən ilin son gecəsi” və "Bayram həsrətində” onun ilk mətbu hekayələridir.

Anarın 50-dən çox kitabı dünyanın bir çox ölkələrində nəşr olunub. Yazıçının pyesləri müxtəlif teatrlarda mütəmadi tamaşaya qoyulur, xariçi ölkə səhnələrində oynanılır. Onun bir neçə tərçümə əsərləri də var.O, həm də "Dantenin yubileyi”, "Üzeyir ömrü” və "Qəm pənçərəsi” kimi filmlərinin quruluşçu rejissoru, 11 bədii filmin isə ssenari müəllifidir.

Rusiyanın "Mosfilm” kinostudiyasında yazıçının "Mən, sən, o və telefon” hekayəsinin motivləri əsasında "Hər axşam 11-də” bədii filmi çəkilib. Onun bir neçə şerinə Xəyyam Mirzəzadə, Çavanşir Quliyev, Emin Sabitoğlu kimi görkəmli bəstəkarlar mahnılar bəstələyib. 

Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir və 1998-ci il martın 14-də yazıçı ölkənin ən yüksək dövlət mükafatı olan İstiqlal ordeni ilə təltif olunub. 

Ötən ilin fevral ayında isə Türkiyənin Eskişehir vilayətində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresində Xalq yazıçısı Anar Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk sədri seçilib. Həmçinin bu tədbirdə Xalq yazıçısı Anara Balkanlar Türk Mədəniyyətinə Xidmət ödülü təqdim olunub. //anspress.com
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol