• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Ali Neft Məktəbi Vyetnam üçün mütəxəssis hazırlayacaq - FOTOLAR

Bakı Ali Neft Məktəbi Vyetnam üçün mütəxəssis hazırlayacaq - FOTOLAR
16.03.2015 15:40
Bununla bağlı Anlaşma Memorandumu imzalanıb 

Bakı Ali Neft  Məktəbinin rektoru  Elmar Qasımovun  dəvəti ilə Vyetnam Sosialist Respublikasının VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngianın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub. Nümayəndə heyəti Bakı Ali Neft Məktəbinə səfərdən öncə Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. 

Bakı Ali Neft  Məktəbinin rektoru Elmar Qasımov VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngianın rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda və Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu bildirib. Rektor Elmar Qasımov Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında  olan əlaqələrin tarixindən danışıb. Elmar Qasımov Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin hələ 1983-cü ildə Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olaraq həmin dövrdə sovet dövlət və hökumət nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfərini xatırlatdı,  müharibədən sonra ölkənin bərpasında və quruculuq işlərində onun Vyetnam xalqını dəstəklədiyini deyib. Rektor, həmçinin iki ölkə arasında təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil sahəsində ikitərəfli əməkdaşlığın bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdiyini qeyd edib. İki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 may 2014-cü ildə Vyetnama səfərinin mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə əməkdaşlığın keyfiyyətcə növbəti mərhələyə qədəm qoyduğunu vurğulayıb. Bakı Ali Neft Məktəbinin VIETSOVPETRO şirkəti ilə əməkdaşlığının bunun məntiqi davamı olduğunu deyib. BANM və VIETSOVPETRO şirkəti arasında qurulan əməkdaşlığın bakalavriat və magistratura səviyyələrində müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, tələbələrin Vyetnamda istehsalat təcrübəsi keçməsinə, Vyetnamlı tələbələrin BANM-də təhsil almasına, ixtisasartırmaya, elmi-tədqiqat işlərinin aparılması, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəyini qeyd edib. 

Öz növbəsində, VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngia Azərbaycanda və BANM-də olmasından məmnunluq ifadə edib və bu dəvət üçün rektor Elmar Qasımova  öz dərin təşəkkürünü bildirib.  O dedi ki, Vyetnam xalqı Heydər Əliyevin etdiyi əvəzsiz xidmətləri heç zaman unutmur. Həmin dövrdə Vyetnamlı tələbələrin dövlət xətti ilə Azərbaycanda təhsil almasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolunun olduğunu deyib. Həmin tələbələrdən biri olduğunu və neft-qaz mühəndisi kimi formalaşmaq üçün Azərbaycanda təhsil alaraq məhz burda yetişdiyini vurğulayıb. Ti Txan Ngia təmsil etdiyi şirkət ilə BANM arasında əldə olunan əməkdaşlığın gələcəkdə öz müsbət təsirini göstərəcəyinə əminliyini ifadə edib. BANM ilə imzalanan anlaşma memorandumunu  yüksək qiymətləndirərək,  nüfuzlu Ali Məktəblə sıx əlaqələrin qurulmasının təmsil etdiyi şirkət üçün qürurverici olduğunu qeyd edib. O, həmçinin VIETSOVPETRO şirkəti haqqında geniş  məlumat verərək,  baş ofisi Vyetnamın Vunq Tau şəhərində yerləşən şirkətin 1981-ci ildə təsis edildiyini bildirib. Bu şirkətin ölkəsinin 5-ci ən böyük şirkəti olduğunu deyən Tı Txan Ngia, VIETSOVPETRO-nun Vyetnamı 80% faiz neft və qaz istehsalı ilə təmin edərək ölkənin Cənub Şərqi Asiyada neft sənayesi üzrə 3-cü yer tutmasına səbəb olduğunu da vurğulayıb. O, ən müasir istehsal və emal texnologiyalarının köməyilə  ay ərzində 1 milyon tondan artıq neftin hasil edildiyini qeyd edib. Şirkətdə bir sıra strukturlarla yanaşı, Elmi-tədqiqat və mühəndislik İnstitutu, eləcə də İnformasiya texnologiyaları və kommunikasiya mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Tədbirdə iştirak edən SOCAR-ın Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Vyetnam və Azərbaycan əlaqələrinin böyük tarixə malik olduğunu və yaşlı nəslin nümayəndəsi kimi bu əməkdaşlığın bütün inkişaf mərhələlərinə şahidi olduğunu bildirib. X.Yusifzadə Vyetnamda dənizdə qazma və hasilatı sahəsində təcrübə olmadığına görə, ilk növbədə azərbaycanlı mütəxəssislərin onlara köməklik etdiyini qeyd edərək, bu işlərə azərbaycanlı mütəxəssis Cəlal Məmmədovun rəhbərlik etməsinin təsadüfi olmadığını  vurğulayıb. O, Azərbaycanın həmişə Vyetnam üçün mütəxəssis hazırlığında iştirak etdiyini deyərək, bildirib ki, buna misal özünün 69 vyetnamlı tələbələrinin hazırlığında iştirak etməsidir. X.Yusifzadə, hal hazırda da, bu əlaqələrin inkişafda olduğunu vurğulayıb və  2014-cü ilin may ayında Azərbaycan Respublikasının Prezidentinin cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin Vyetnama səfəri zamanı həmin heyətin tərkibində olduğunu da qeyd edib. Orada ölkə rəhbəri ilə səmərəli görüş keçirildiyini, həmçinin cənab İlham Əliyevin Azərbaycanda təhsil almış məzunlarla görüşdüyünü və bu görüşdə özünün də iştirak etdiyini vurğulayıb. O, cənab İlham Əliyevin Vyetnamda olarkən Azərbaycanın Vyetnam üçün neftçi kadrların hazırlanmasını təklifini irəli sürdüyünü və bu Azərbaycanın Vyetnamla olan əməkdaşlığına yeni təkan verdiyini qeyd edib. Cənab İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüsün bu gün öz reallığını tapdığını qeyd edən  X.Yusifzadə , BANM ilə VIETSOVPETRO şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma memorandumunun imzalanmasından şad olduğunu bildirib.  

 Sonra Bakı Ali Neft Məktəbi ilə VIETSOVPETRO  şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu  imzalanıb.  
 
Eyni zamanda, VIETSOVPETRO şirkətinin baş direktoru Tı Txan Ngia Bakı Ali Neft Məktəbinin "Fəxri Qonaq” diplomu ilə təltif olunub.

ANN.Az
 




Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol