• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank faizlərinin aşağı salınması gözlənilmir” - AÇIQLAMA

“Bank faizlərinin aşağı salınması gözlənilmir” - AÇIQLAMA
18.03.2015 13:33
"İndi elə vəziyyətdir ki, banklara göstəriş, təklif verməklə, xahiş etməklə nəyəsə nail olmaq, mühiti dəyişmək mümkün deyil”.

Bunu Modern.az-a İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev Mərkəzi Bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmovun parlamentdəki çıxışına münasibət bildirərəkən deyib.

İqtisadçı qeyd edib ki, bankların öz resurslarını necə əldə etməsi reallığını dəyərləndirmək lazımdır: "Kommersiya banklarının resurslarının dəyərinin nəyə bərabər olduğuna diqqət etmək lazımdır. Ona da diqqət etmək lazımdır ki, bunun müqabilində onlar krediti hansı faizlə verə bilərlər.

Ölkədə əmanətlərin cəlb edilməsinin ən aşağı dərəcəsi 12 faizdir, bunlar da  sığortalanan əmanətlərdir. Sığortalanmayan əmanətlərin faiz dərəcələri isə daha yüksəkdir.

Belə vəziyyətdə banklar heç bir halda öz gəlirini də bunun üzərinə qoyaraq kredit təqdim etməz”.

Ekspert faiz dərəcələrinin aşağı salınması üçün yeganə mənbənin büdcə olduğunu diqqətə çatdırıb: "Mərkəzi Bankın mərkəzləşdirilmiş şəkildə bu il banklara təqdim etdiyi kredit resurslarının həcmi  böyük deyil. Əgər Mərkəzi Bank özü daha ucuz faizlərlə kommersiya banklarına kredit resursları təqdim edərdisə, bunun təsir imkanı olardı. Nəticədə kommersiya banklarının qarşısına hansısa tələbləri qoymaq olardı.

Bu gün Azərbaycanda kredit faizlərinin aşağı salınmasına imkan verən yeganə mənbə dövlət büdcəsindən güzəştli kreditlər üçün ayrılan vəsaitlərdir. Bunların da həcmi məhduddur və bank kreditlərində xüsusi çəkiyə malik deyil. Bu baxımdan qarşıdan gələn inflyasiyalı dövrdə bank faizlərinin aşağı salınmasını gözləməyə dəyməz”.

Milli Məclisin martın 17-də keçirilən iclasında çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmov manatın devalvasiyasından sonra bankların müflis olacağı fikirlərinə münasibət bildirərəkən bunları məsuliyyətsiz, populist çıxışlar adlandırıb. O, kommersiya banklarına faiz dərəcələrini aşağı salmağı və əmanətlərin vaxtını uzatmağı tövsiyə edib.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol