• $
  • €
  • ₽
  • ₺
  • £

Hamlet İsaxanlının qızını döyməkdə təqsirləndirilən qardaşlardan biri həbs edildi

Hamlet İsaxanlının qızını döyməkdə təqsirləndirilən qardaşlardan biri həbs edildi
18.03.2015 13:38
Elin Məmmədovla bağlı isə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb

Bakı Apellyasiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı prokurorluğun verdiyi apellyasiya protestinə baxılıb.
 
APA-nın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Zaur Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Elin Məmmədovla bağlı isə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb. 
 
Qeyd edək ki, dünən protestin baxılmasına başlanıb və iclas bu günə təxirə salınıb.
 
Təqsirləndirilən Zaur və Elin Məmmədovların anası Gülnarə Məmmədova prosesdən sonra jurnalistlərə açıqlamasında qadının döyülməsini özündə əks etdirən videogörüntülərə baxdığını, lakin həmin görüntülərdəki şəxslərin onun övladları olmadığını deyib: "Həmin görüntülərdə heç kimin üzü görünmür. Həmçinin maşının nömrəsi də düşməyib. Mən Ülkər İsayeva adlı qadın tanımıram. Oğlanlarımın da həmin qadınla münasibətlərinin olması barədə xəbərim yoxdur. Mətbuatda bizim bahalı avtomobilimizin olması barədə məlumatlar yayılıb. Qeyd edirəm ki, həmin avtomobil bahalı deyil”.
 
Qeyd edək ki, H.İsaxanlının qızı Ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib.
 
Həmin qərardan isə Bakı şəhər Prokurorluğu tərəfindən apellyasiya protesti verilib.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol