• $
  • €
  • ₽
  • ₺
  • £

Nar Mobile yüksək sürətli interneti təklif edir

Nar Mobile yüksək sürətli interneti təklif edir
19.03.2015 13:29
Artıq bütün abunəçilər 42.2 Mbps sürətədək yükləmələr apara biləcəklər

Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile” uzun illər ərzində müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmişdir. 2015-ci il martın 18-dən etibarən isə mobil operator bütün abunəçilərinə yüksək sürətli interneti təklif edir. Yeni xidmət yükləmənin maksimal sürətini 42.2 Mbps çatdıraraq, bütün cari internet paketlərində, eləcə də adi trafik üzrə istifadə ediləcək. Qeyd etmək lazımdır ki, bu xidmətdən istifadə etmək üçün nə xüsusi qeydiyyat, nə də telefonun ayarlanması tələb olunur. Bu fürsətdən yararlanmaq üçün abunəçi birbaşa "Dual Carrier” texnologiyasını dəstəkliyən cihazdan ("Apple”, "HTC”, "Huawei”, "Nokia”, "Samsung”, "Sony Хperia” və s. smartfon, planşet və digər "3G DC-HSPA+” texnologiyasını dəstəkləyən cihaz) istifadə etməlidir.

"Nar Mobile” mobil operatoru olaraq, biz daim təkmilləşən şəbəkə, çox sərfəli tariflər və nəzərə çarpan müştəri qayğısı ilə abunəçilərimizin ehtiyaclarını ödəmək siyasətinə sadiqik.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflər təqdim etmiş və onların rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun fərqliliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol