• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən Ulduzum abunəçiləri üçün lotereya

“Bakcell”dən Ulduzum abunəçiləri üçün lotereya
19.03.2015 15:04
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum proqramının üzvləri üçün Bahar lotereyasına start verir. Bu lotoreya sayəsində Bakcell abunəçiləri Ulduzum proqramının tərəfdaşları tərəfindən təqdim olunan endirimlərdən faydalanmaqla yanaşı, hər gün ALOV smartfonu qazanmaq şansı əldə edəcəklər. Lotereyanın əsas qalibinə Mançesterə 2 nəfərlik səyahət kuponu təqdim olunacaq. Lotereyada iştirak edən, lakin qalib gəlməyən abunəçilərə isə lotereya bitdikdən sonra 20 dəqiqəlik şəbəkədaxili pulsuz danışıq hədiyyə olunacaq.

Lotereyada iştirak etmək üçün Ulduzum tərəfdaşları olan Megafun, 189 Taksi və ya Hesab.az xidmətlərinin birindən Ulduzum kodu vasitəsilə endirim almaq yetərlidir. Bu xidmətlərdən istifadə zamanı xərclənən məbləğ minimum 5 AZN olmalıdır. Abunəçi balansından istifadə etdiyi hər 5 AZN müqabilində 1 uduş şansı qazanmış olur. 20 AZN və daha artıq məbləğdə ödənişlər olduğu halda uduş şansları 2 dəfə artır.

Qaliblərin müəyyən edilməsi qaydaları:

* Gün ərzində yuxarıda adı çəkilən 3 partnyorun xidmətlərindən Ulduzum kodu vasitəsi ilə istifadə edən abunəçi lotereyada iştirak şansı qazanır. Hər günün qalibi yeni daxil olan həftənin ilk iş günü ərzində xüsusi proqram təminatı vasitəsi ilə təsadüfi yolla seçilir.

* İstənilən günün qalibi əsas uduşun sahibi ola bilər. Əsas uduşun sahibi yalnız 1 nəfər ola bilər.

* Uduşda lotereyanın ilk günündən son gününədək şans toplayan bütün iştirakçılar iştirak edir. Əsas uduşun sahibi 25 may 2015-ci il tarixində xüsusi proqram təminatı vasitəsi ilə təsadüfi yolla müəyyən ediləcək.

Qeyd edək ki, Ulduzum proqramının 120-dən çox partnyoru siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var. Hazırda Ulduzum proqramının 1 milyin nəfərə yaxın abunəçisi var.

Bahar lotereyası və Ulduzum proqramının üstünlükləri barədə daha ətraflı məlumatı www.ulduzum.az səhifəsindən əldə etmək olar.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol