• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdakı marketlərdə qiymət müşahidəsi - FOTOLAR

Bakıdakı marketlərdə qiymət müşahidəsi - FOTOLAR
19.03.2015 15:11
Azərbaycanda dolların bahalaşmasından sonra ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir.

Mətbuat orqanlarında bəzi sahibkarlar və işbazların dolların bahalaşmasını bəhanə edərək qiymətləri qaldırdığı barədə yazılar dərc olunur. "Report"un əməkdaşları manatın devalvasiyasından sonra Bakıda yerləşən bəzi marketlərdə müşahidələr aparıb. Paytaxtdakı bir sıra marketlərdə çəkiliş aparmağa icazə verilməyib və marketlərdəki ərzaq qiymətlərinin eyni olmadığı nəzərə çarpır. Bəzi hallarda isə rəflərdə düzülən malların üstündə qiymətlər göstərilməyib.

"Report" "Neptun" marketlər şəbəkəsində rəhbərliyin icazəsi ilə çəkiliş apara bilib. Marketdən heç bir qiymət artımı omadığı qeyd edilsə də, satıcıların səsləndirdiyi qiymətlərlə malın üzərindəki qiymətlər arasında fərq müşahidə olunub. Belə ki, satıcıya yaxınlaşan əməkdaşımıza yumurtanın 1 ədədinin qiymətinin 11 qəpik olduğu bildirsə də, rəfdə bu qiymətin 8 qəpik olduğu göstərilib. Satıcının bunu izah edə bilmədiyini görən marketin adminstratoru dərhal məsələyə müdaxilə edib: "Satıcı səhv bilir, bizdə 1 ədəd yumurtanın qiyməti elə 8 qəpikdir".

Son zamanlar sosial şəbəkələrdə "Rahat" marketlərlərində ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım olmadığı haqqında da xəbərlər yayılır. Bunu dəqiqləşdirmək üçün "Report"un əməkdaşları paytaxtın Nərminaov rayonunda yerləşən "Rahat" marketə üz tutub. Mağazada müşahidə və çəkilişin aparılmasına etiraz etməyən rəhbərlik manatın devalvasiyasına baxmayaraq, hazırda bütün şəbəkə üzrə qiymətlərin sabit, əvvəlki səviyyədə saxlanıldığını qeyd edib. "Bir sıra məhsullar bizdə ümumiyyətlə, əvvəldən digər şəbəkələrə nisbətən daha ucuz olub. Düzdür, devalvasiyadan sonra bəzi topdansatış şirkətləri qiymətləri qaldırıb. Nəticədə, onların bir qismi ilə əməkdaşlığı dayandırmışıq və həmin mallar satışa qəbul olunmur. Əhalinin maraqlarını nəzərə alaraq qiymətləri maksimum sabit saxlamağa çalışırıq", - deyə marketdən bildirilib.

Daha sonra "Report"un əməkdaşları Səməd Vurğun küçəsi-34 ("AF Mall" biznes mərkəzinin I mərtəbəsi) ünvanında yerləşən "Fresco" marketdə müşahidələrini davam etdirib. "Bizdə qiymət artımı yoxdur", - deyən market rəsmiləri çəkilişin aparılmasına icazə verməyib və müxtəlif bəhanələrlə əməkdaşlarımızı marketdən uzaqlaşdırıb.

"Report"un əməkdaşları analoji vəziyyətlə Yusif Səfərov küçəsində yerləşən "Dadlı", "Xətai" metrosu yaxınlığındakı "Metro" və "Makro" marketlərdə də rastlaşıb - çəkiliş və qiymət müşahidələrinin aparılmasına icazə verilməyib.

ANN.Az
 








Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol