• $
  • €
  • ₽
  • ₺
  • £

Metroda gediş haqqı artırılır?

Metroda gediş haqqı artırılır?
22.03.2015 23:59
Azərbaycan manatının ucuzlaşmasından sonra bır sıra dövlət şirkətlərinin maliyyə vəziyyəti xeyli pisləşib. Onlar arasında "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) xüsusilə fərqlənir. Kredit borcu əsasən valyuta ilə olan və xaricdən dövlət təminatı ilə ən çox kredit götürən "Azərenerji" ASC-i manatın devalvasiyasından sonra özünəməxsus maliyyə vəsaitləri hesabına borc öhdəliklərini yerinə yetirə bilməyəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə iqtisadçı alim Qubad İbadoğlu açıqlama verib.

Onun sözlərinə görə, şirkətin sürətlə artan investisiya öhdəlikləri (4 milyard dollardan çox) və vergi borcları (1 milyard dollar manatadək) onun hazırkı situasiyada maliyyə sabitliyini daha pisləşdirib, ödəmə qabliyyətini aşağı salıb.

"Şirkətin istehsal etdiyi məhsulun maya dəyərinə yanacaq, maşın və avadanlıqlar xərcləri əhəmiyyətli paya malikdir. Belə ki, "Azərenerji" ASC-də yanacaq xərcləri şirkətin əməliyyat xərclərinin təqribən yarısını təşkil edir. Əgər "Azərenerji" ASC-yə ARDNŞ-nin satdığı qazın qiymətlərində ucuzlaşma baş verməzsə və onun kreditor borcları dövlət büdcəsi hesabına bağlanmazsa, "xərclər-plus" mexanizmi ilə tariflərin müəyyənləşdirməsinə keçilməyəcəyi təqdirdə şirkətin defolt olması ehtimalı getdikcə artır. Vəziyyətdən çıxmaq üçün mümkün yolların hər biri müxtəlif səviyyəli sosial risklərə malikdir. Birinci yol kreditor borclarının büdcədən qarşılanmasıdır. Lakin, neft qiymətləinin kəskin ucuzlaşması səbəbindən proqnozlaşdırılan gəlirlərin yarısına belə malik olmayan Dövlət Neft Fondunun dövlət büdcəsinə transfer öhdəliklərində yaranan çətinliklər fonunda büdcə xərclərinin artımı deyil, ixtisarı daha çox ehtimal olunur. İkinci yol isə enerji tariflərinin "xərclər plyus" mexanizmi ilə tənzimlənməsidir. Bu sistemə keçid elektrik enerjisininin qiymətləinin bahalaşmasını şərtləndirir", - deyə Qubad İbadoğlu bildirib.

İqtisadçı alimin sözlərinə görə, bundan başqa "Bakı metropoliteni" və "Azərbaycan dəmir yolları" qapalı səhmdar cəmiyyətlərində (QSC) sərnişinlər üçün gediş haqqının bahalaşması baş verə bilər: "Bu yol sosial baxımdan daha riskli olsa da hökümətin hazırkı maliyyə durumunda daha real görsənir. Odur ki, elektrik enerjisinin qiymətinin bahalaşması labüddür və "Tarif" Şurasından belə qərarı istənilən anda (daha çox ehtimal olunan yay aylarında) gözləmək mümkündür. Amma, hökümət onu da nəzərə almalıdır ki, ərzaq xərclərinin bahalaşdığı indiki dövrdə bir çox ailələr hətta hazırkı tariflə elektrik enerjisini ödəməkdə belə çətinlikərlə qarşılaşırlar".

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol