• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid baş leytenantımız dəfn edildi

Şəhid baş leytenantımız dəfn edildi
29.03.2015 10:52
Martın 27-də cəbhənin Ağdam istiqamətində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş leytenant, 1980-ci il təvəllüdlü Əhmədov İqbal Sərraf oğlu martın 28-də doğulduğu Lənkəran rayonunda dəfn olunub.

ANN.Az-ın "Azərtac”a istinadən verdiyi məlumata görə, Aşağı Nüvədi kəndindəki qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində "N” saylı hərbi hissənin yüksək rütbəli zabitləri, döyüş yoldaşları, rayon rəhbərliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhidin ruhuna dualar oxunub.

Çıxış edənlər hərbçi ailəsində doğulan İqbal Əhmədovun Vətənin ləyaqət və şərəfini öz canından üstün tutması ilə qürur duyduqlarını diqqətə çatdırıblar.

Şəhid İqbal Əhmədov yaylım atəşləri altında son mənzilə yola salınıb.

Qeyd edək ki, baş leytenant İqbal Əhmədov 1998-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2003-2004-cü illərdə təlim-tədris mərkəzindən sonra hərbi qulluğa başlayıb. Ön cəbhədə xidmət aparıb. Ailəli olub, bir oğlu, bir qızı var.

Allah rəhmət eləsin!

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol