• $
  • €
  • ₽
  • ₺
  • £

“Qız Qalası” baletinin tamaşası Qəmər Almaszadənin 100 illik yubileyinə həsr olunacaq

“Qız Qalası” baletinin tamaşası Qəmər Almaszadənin 100 illik yubileyinə həsr olunacaq
29.03.2015 14:13
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Azərbaycanın görkəmli balerinası, istedadlı pedaqoq və baletmeyster, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Qəmər Almaszadənin 100 illik yubileyi münasibətilə onun xatirəsinə həsr olunmuş tamaşaların nümayişini davam etdirir.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən ANN.Az-a verilən məlumata görə, bu sıradan növbəti tamaşa aprelin 5-də baş tutacaq Ə.Bədəlbəylinin "Qız qalası” baleti olacaqdır.

Məlum olduğu kimi premyerası 16 aprel 1940-cı ildə baş tutan bu balet Azərbaycan milli baletinin ilk nümunəsidir. Qəmər Almaszadə tamaşanın quruluşçu baletmeysteri olmuş və uzun illər tamaşada Gülyanaq rolunu ifa etmişdir.

Artıq 75 ildir ki, "Qız qalası” Opera və Balet Teatrının repertuarında möhkəm yer tutur və hər zaman geniş tamaşaçı auditoriyası toplayır.

Aprelin 5-də keçiriləcək tamaşada əsas rollarda Azərbaycan Respublikasının Xalq Artisti Gülağası Mirzəyev (Polad), Əməkdar artist Tamilla Məmmədzadə (Gülyanaq) və aparıcı solist Anar Mikayılov (Cahangir xan) çıxış edəcəklər.

Tamaşanın dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol