• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR: "Standartdan kənar heç nə aşkar edilməyib"

SOCAR: "Standartdan kənar heç nə aşkar edilməyib"
29.05.2020 03:34
"Artıq bu olayla bağlı tədqiqatlara başlanılıb. YPK-ların (Yanacaq Paylama Kalonkaları) vəziyyəti yoxlanılıb və standartdan kənar heç nə aşkar edilməyib".
 
Bunu "Report"a SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində (YDM) sürücülərin aldadılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən "SOCAR Petroleum"un informasiya texnologiyaları şöbəsinin rəisi Namiz Məmmədov deyib.

N.Məmmədovun sözlərinə görə, Sabunçu rayonunda metronun "Koroğlu" stansiyası yaxınlığında yerləşən həmin YDM-də dövlət standartlaşma komitəsi də yoxlamalar aparıb:

"Həmin məsələdən bir neçə gün öncə də Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bu YDM-də yoxlamalar aparılmışdı və standartlara uyğun olduğu qeydə alınmışdı. İndi sürücünün iddiası ilə bağlı məsələlərə baxılır. Araşdırmaların sonunda mediaya məlumat veriləcək".

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin birində (YDM) sürücülərin aldadılması və 65 litr tutumu olan yanacaq çəninə 72 litr benzin vurulması ilə bağlı fikirlər yayılmışdı.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol