• $
  • €
  • ₽
  • ₺
  • £

"Bu soyqırım o vaxt tək azərbaycanlılara yox, bir neçə xalqa qarşı törədilib"

"Bu soyqırım o vaxt tək azərbaycanlılara yox, bir neçə xalqa qarşı törədilib"
30.03.2015 12:10
"Ermənilər özlərinə aid olmayan bütün milli, dini abidələri məhv edirlər”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bütün dünya xalqlarını erməni terroru ilə bağlı ayıq-sayıq olmağa çağırıb.

APA-nın məlumatına görə, bu gün QMİ-də 31 mart soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə Şeyxülislam bildirib ki, bu soyqırım o vaxt tək azərbaycanlılara yox, bir neçə xalqa qarşı törədilib: "Bunun davam etdirilməsinə imkan tapsaydılar, daha çox xalq buna məruz qalacaqdı”.

A.Paşazadə bildirib ki, ermənilərin məqsədi dənizdən-dənizə "Böyük Ermənistan” yaratmaq idi: "Qonşu ərazilərdə bütün xalqlara qarşı bu hadisəni törətmək onların planları idi. O vaxt Türkiyədə də ermənilər tərəfindən xeyli insan soyqırıma məruz qaldı, qırıldı”.

Şeyxülislam deyib ki, Qara dənizdən Xəzər dənizinə qədər böyük dövlət yaratmaq istəyən ermənilər o vaxtdan törətdikləri qırğınları indi də davam etdirir: "Bu, Qarabağda, xüsusilə Xocalıda qabarıq özünü göstərdi. Onlar özlərinə aid olmayan bütün milli, dini abidələri məhv edirlər. Mən və müavinlərim Ermənistanda olduq və oradakı məscidlərin necə dağıdılmasının şahidi olduq”.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol