No comment: "Oda"nın "Tikanlı məftillər"i - ANN.TV

Həqiqəti real formada səhnələşdirmək, yoxsa reallığı həqiqət kimi nümayiş etdirmək? Neo-neo realizm nə deməkdir? Buna "Tikanlı məftillər"in rejissoru İmam Həsənov daha aydın cavab verir: "Səhnə tamaşaçıya çox-çox yaxın olmalıdır".
Klassika istəməyən və ondan uzaq qaçan "Oda" Teatrı yeni premyerası ilə tamaşaçıların qarşısına çıxıb. Türk yazar Müzaffer İzgünün "Sərhəd" əsəri əsasında hazırlanan "Tikanlı məftillər" tamaşasının aktyorları Elmin Bədəlov və Niyaz İlyasoğludur. Hadisələr "Neviniya" və "Seviniya" adlı iki ölkə arasındakı sərhəddə baş verir və hadisələrin gedişatı gözlənilməz istiqamətdə cərəyan edir.
İki fərqli ölkə, iki fərqli əsgər? Onları birləşdirən nəqtə nədir? İnsan taleyi! "Tikanlı məftillər" insanlığın tarixinə fərqli baxışı ortaya qoyur.
ANN.Az əməkdaşlarının "Oda" teatrının "Tikanlı məftillər"indən hazırladığı video-süjeti təqdim edirik:
Müəllif: Aynur Məmmədova
ANN.Az