• $
  • €
  • ₽
  • ₺
  • £

Babək prospekti niyə yenə bağlanır? - Fotolar

Babək prospekti niyə yenə bağlanır? - Fotolar
30.03.2015 16:51
Aparılan genişləndirilmə, dönmə əməliyyatı üçün yeni salınan hissə, o cümlədən hərəkət istiqamətinin dəyişdirilməsinə baxmayaraq Bakının Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində sıxlıq yenə də qalmaqdadır. Həyata keçirilən bu işlər sıxlığın aradan qaldırılmasına hesablansa da, hələki sıxlıq tam aradan qalxmayıb.

Aparılan bu işlərdən əvvəl Babək prospektinin tez-tez bağlanması ilə rastlaşırdıq. Bu işlər həmin hissədə hərəkətin tənzimlənməsinə xidmət edəcəkdisə, niyə yenə də Babək prospekti bağlanır?

Problemlə bağlı sorğumuza cavab verən Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bildirib ki, yol göstəriciləri, yol nişanları, üfüqi nişanlanma xətlərinin tələblərinə nə vaxta qədər əməl olunmayacaqsa, həmin ərazidə sıxlıq problemi həmişə baş verəcək. Onun sözlərinə görə, vaxtında bunun qarşısı alınmasa, yol nəqliyyat hadisələrinin baş verməsi qaçılmazdır: "O ki qaldı, Babək prospektinin müxtəlif saatlarda bağlanması məsələsinə, yolun bağlanması məqsədəuyğun deyil. Babək prospekti bağlanmaqla həmin sürücülər tünelə istiqamətləndirilir ki, nəticədə tıxac yaranır. Tıxacın bir hissəsi Babək prospektində, digər bir hissəsi isə Yusif Səfərov küçəsinə gedib çıxır. Ona görə də onun bağlanmasına ehtiyac yoxdur. Sürücü yol nişanını görmürsə, onda avtomobili necə idarə edir? Hər bir sürücü yol nişanlarını görməyə borcludur".

P.Mürsəliyev deyib ki, Heydər Əliyev prospektinə gedən yolun bağlanması düzgün addım deyil: "Bu həm sürücünün hüququnu pozur, həm də yenidən sıxlığın yaranmasına səbəb olur"

ANN.Az
 



Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol