Bakıda bina yandı: sakinlər təxliyə edildi

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindən 28-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli və birinci mərtəbənin girişində 6 kv.m sahədə məişət tullantıları yanıb.
ANN.Az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı binadan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























