• $
  • €
  • ₽
  • ₺
  • £

Nar Mobile abunəçilərinin nəzərinə

Nar Mobile abunəçilərinin nəzərinə
31.03.2015 14:12
30 aprel 2015-ci il tarixində "Asan İmza” mobil elektron imza xidmətinə qoşulmaya dair qüvvədə olan güzəştli kampaniyanın müddəti bitir. 

Xatırladaq ki, ötən ilin 16 may tarixindən etibarən qüvvədə olmuş bu kampaniya çərçivəsində hər üç "Asan İmza” istifadəçi kateqoriyası (vətəndaşlar – fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri, dövlət qulluqçuları) üzrə xidmətə qoşulma qiymətləri endirilərək 18 AZN təşkil edirdi və bununla əvvəlki qiymətlərlə müqayisədə "Asan İmza”nın əldə edilməsi üzrə vətəndaşlara 40 faiz, hüquqi şəxslərin nümayəndələrinə 90 faiz, dövlət qulluqçularına isə 80 faiz qənaət etmək imkanı yaradılmışdı.

İstifadəçilər arasında "Asan İmza” mobil elektron imzanın artan populyarlığı, eləcə də "Asan İmza”nın effektiv qənaət aləti olduğu nəzərə alınaraq, bu xidmətə qoşulma üzrə qiymətlərin bundan sonra da əvvəlki səviyyədə saxlanılmasına qərar verilmişdir. Beləliklə, cari ilin 1 may tarixindən başlayaraq bütün "Asan İmza” istifadəçi qrupları üzrə xidmətə qoşulma haqqı 18 AZN, aylıq abunə haqqı 1 AZN, göndərilən 1 SMS ismarıcının qiyməti isə 0,03 AZN təşkil edəcək.

Qeyd edək ki, "Asan imza” elektron xidmətlərdə avtorizasiya və elektron sənədlərin imzalanması baxımından rahat, etibarlı və təhlükəsiz bir alətdir. "Asan imza” mobil elektron imza texnologiyasının açar üstünlükləri smart-karta və smart-kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM-karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.

Əlavə məlumatı www.narmobile.az və www.asanimza.az saytlarında əldə etmək mümkündür.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol