• $
  • €
  • ₽
  • ₺
  • £

Bu sürücülərə böyük cərimə - Video

Bu sürücülərə böyük cərimə - Video
31.03.2015 20:06
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi müvafiq icazə almadan reklam yayan nəqliyyat vasitələrinin sahiblərinə xəbərdarlıq edib.

ANS TV-nin məlumatına görə, paytaxtın inzibati ərazisində idarə edilən nəqliyyat vasitələrinin üzərində reklam materiallarının qanunsuz olaraq, yəni müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan yayılması faktlarına tez-tez rast gəlinir. Bu isə qanun pozuntusu hesab olunur. Yol polisinin apardığı reydlər zamanı bəzi taksi fəaliyyəti ilə məşğul olan avtomobillər, eləcə də avtobus və yük maşınlarının üzərilərində qanunsuz reklam fəaliyyəti ilə əlaqədar 100-dən artıq sürücü saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib. Reklam haqqında qanunvericiliyin pozulmasına görə, saxlanılan nəqliyyat vasitələrinin əksəriyyətinin hüquqi şəxslərə məxsus olduğu müəyyənləşib.

BŞBDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədovun sözlərinə görə, bu cür sürücülərə dəfələrlə xəbərdarlıq edilib, amma hələ də qanuni icazəsi olmadan reklam daşıyanlar kifayət qədərdir. Bunlara qarşı daima reydlər keçiriləcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu cür fəaliyyətlə məşğul olan sürücülərə bir daha xəbərdarlıq edib bildirir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya müəyyən edilmiş qaydalar pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 150 manatdan 200 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2 min manatadək cərimə edililəcək.

ANN.Az

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol