• $
  • €
  • ₽
  • ₺
  • £

Əmək hüququmuzu bilirikmi?

Əmək hüququmuzu bilirikmi?
01.04.2015 12:26
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) www.mlspp.gov.az saytı əmək hüquqları ilə bağlı növbəti interaktiv sorğu keçirib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildirilib ki, sorğu zamanı respondentlərə "Əmək hüquqlarınız pozularkən hara müraciət etməli olduğunuzu bilirsinizmi?” sualı ünvanlanıb.

Sorğuda iştirak edənlərin 84 faizi (1330 nəfər) əmək hüquqları pozularkən hara müraciət etməli olduqlarını bildiklərini qeyd ediblər. Nəticədən göründüyü kimi son dövrlər ölkədə əmək qanunvericiliyinə əməl olunması, işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsi, vətəndaş müraciətlərinin araşdırılaraq obyektiv cavablandırılması istiqamətində həyata keçirilən tədbirlər əhalinin məlumatlılıq səviyyəsinin artmasına gətirib çıxarıb. Xüsusən də ötən ilin iyul ayının 1-dən etibarən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) mövcud əmək münasibətlərinə birbaşa və çevik, obyektiv nəzarət imkanlarına malik olmasını təmin etməklə, əhalinin bu quruma inam və etimadının xeyli artmasına səbəb olub.

Sorğuda iştirak edənlərin 16 faizi isə (258 nəfər) əmək hüquqları pozularkən hara müraciət etməli olduqlarını hələ də bilmədiklərini vurğulayıblar. Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanının fəaliyyəti barədə təbliğat-maarifləndirmə işlərinin bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkir.

Məlumat üçün bildirək ki, vətəndaşlar əmək hüquqlarının təminatı məsələləri ilə bağlı ƏƏSMN-ə, nazirlik yanında DƏMX-ə, yaxud Xidmətin müvafiq bölgə üzrə zona Dövlət Əmək Müfəttişliyinə yazılı və şifahi formada müraciət edə bilərlər. Eyni zamanda, son bir ildə vətəndaşların ƏƏSMN-ə müraciət imkanlarının genişləndirilməsi məqsədilə aparılan məqsədyönlü işlərdən biri kimi nazirliyin 142-"Çağrı mərkəzi”nin fəaliyyəti müasir tələblərə uyğun şəkildə xeyli təkmilləşdirilib. Vətəndaşlar nazirliyin səlahiyyət dairəsinə aid digər məsələlər kimi, əmək qanunvericiliyinə dair məsələlər üzrə, o cümlədən əmək hüquqlarının pozulması barədə də 142-"Çağrı mərkəzi”nə zəng vuraraq, 4 düyməsini basmaqla birbaşa müraciət etmək imkanlarına malikdirlər.

ANN.Az
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol