• $
  • €
  • ₽
  • ₺
  • £

Vəzifəli şəxsdən 5 milyonluq cinayət

Vəzifəli şəxsdən 5 milyonluq cinayət
01.04.2015 15:48
Bankın vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, "Royal bank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı Gülşən Mustafayevanın 2011-2012-ci illərdə "Royal bank” ASC-nin Plastik Kartlar Departamentinin direktor müavini vəzifəsində işləyərkən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edib.

O, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək üçün həmin bankın filialları vasitəsilə 4 milyon 817 min manat məbləğində pul vəsaitlərinin köçürülməsilə bağlı maliyyə əməliyyatlarını həyata keçirməklə leqallaşdırıb. Bu əməllərlə bağlı şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol