• $
  • €
  • ₽
  • ₺
  • £

Həcc ziyarəti ilə bağlı ödənişlərdə yenilik

Həcc ziyarəti ilə bağlı ödənişlərdə yenilik
02.04.2015 13:46
Azərbaycanda Həcc ziyarəti ilə bağlı ödənişlər bu ildən birbaşa Qafqaz Müsəlmanları İdarəsinə ödənilməyəcək.

QMİ-dən APA-ya verilən məlumata görə, bu il ilk dəfə olaraq ödənişlərin idarədə qəbul olunmasına icazə verilmir.

Ödənişlər sənəd qəbulundan əvvəl "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Səbail rayonu, Hacı Zeynalabdin Tağıyev küçəsi-3 ünvanında yeləşən mərkəzi filalında Həcc ziyarəti ilə bağlı QMİ adına açılmış hesaba köçürülməlidir. Məhz bu hesaba ödənişlər köçürüldükdən sonra Həcc ziyarəti ilə bağlı QMİ-də sənədlər qəbul oluna bilər. Ödənişlərlə bağlı bu dəyişikliyin səbəbi ilə bağlı açıqlama verilməyib.

Xatırladaq ki, bu il Həcc ziyarəti ilə bağlı ödənişlər manatla yox, ABŞ dollar ilə qəbul olunur. Bu il də zəvvarlara ziyarət iki formada təklif olunacaq. Daha yaxşı şəraitli hotellərdə qalmağı, daha çeşidli yeməklərin verilməsini, o cümlədən 4 nəfərlik otaqlarda yerləşdirməni nəzərdə tutan variantın qiyməti 5750 dollar, nisbətən ucuz şəraitli hotellərdə, 6 nəfərlik otaqlarda qalmağı nəzərdə tutan variantın qiyməti isə 4700 dollardır. Zəvvarlardan sənəd qəbulu üçün pasport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq, avtobusla ziyarət təşkil edilməyəcək.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol