• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar Mobile” uşaqların idmana olan marağını artırır

“Nar Mobile” uşaqların idmana olan marağını artırır
03.04.2015 15:44
Azərbaycanın idman federasiyalarında "Açıq qapı” günləri davam edir

"Nar Mobile” Bakı-2015 Avropa oyunları ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın idman federasiyalarında "Açıq qapı” günlərini davam etdirir. Sağlam həyat tərzi və idmanı təşviq edən mobil operator layihə çərçivəsində 19 mart 2015-ci il tarixində Güləş Federasiyası, 31 martda isə Karate Federasiyasında keçirilən açıq məşqlərin tərəfdaşı qismində çıxış edib. Hər iki tədbirdə Azərbaycan yığma komandasını Avropa oyunlarında təmsil edəcək tanınmış idmançılar, dünya və Avropa çempionları iştirak ediblər. Onlar, idmanda ilk addımlarını atan uşaqlar üçün nümunə olmaqla yanaşı, həvəskarların da idmanla məşğul olmaları üçün stimul yaradıblar.

Qeyd edək ki, layihə çərçivəsindəki ilk tədbirlər Voleybol Federasiyası və Bakının 44 saylı orta məktəbində keçirilib. Ümumi hesabla 150 uşaq və yeniyetmə, o cümlədən onların valideynləri həmin tədbirlərdə iştirak etmişdilər. "Nar Mobile” operatorunun dəstəyi ilə keçiriləcək növbəti tədbirlər isə 2 aprel tarixində Cüdo Federasiyası, 7 apreldə Boks Federasiyası, 8 apreldə isə Taekvondo Federasiyasında təşkil olunacaqlar. "Nar Mobile” uşaqları və onların valideynlərini bu tədbirlərdə iştirak etməyə dəvət edir.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflər təqdim etmiş və onların rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun fərqliliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.



www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol