• $
  • €
  • ₽
  • ₺
  • £

Rüstəm İbrahimbəyov xərçəng xəstəliyinə tutulub

Rüstəm İbrahimbəyov xərçəng xəstəliyinə tutulub
03.04.2015 16:36
"Azərbaycanda keçiriləcək parlament seçkilərinə qatılmaq fikrim yoxdur”
"Çoxdandır ki, Azərbaycana gəlmək fikrim var. Amma hələlik imkanım yoxdur. Burda o qədər iş var ki!”.

Bu sözləri Modern.az saytına Milli Şuranın fəxri sədri, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov deyib.  

O, Bakıya gələ bilməməsinin səbəbini belə açıqlayıb.

"Bir ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkirəm. Xırdalığına gedib hansı orqanımda xərçəng olduğunu demək istəmirəm. Həm Amerikada, həm də burda müalicə olunuram. Ona görə də Bakıya gəlmək arzum reallaşmır”.

Azərbaycandakı siyasi prosesləri izlədiyini deyən İbrahimbəyov  tez-tez əlaqə saxladığı şəxsin adını da açıqlayıb.

"Azərbaycandakı siyasi prosesləri də izləyirəm. Aprelin 5-də Milli Şuranın mitinqi keçiriləcək. Mənə elə gəlir ki, "Talana son!” mitinqi çox əla mitinq olacaq. Bakıda olsaydım, mütləq ayın 5-də keçiriləcək mitinqdə iştirak edərdim. Milli Şuranın sədri Cəmil Həsənli ilə tez-tez əlaqə saxlayıram”.

"Bu il keçiriləcək parlament seçkilərinə qatılmaq fikriniz varmı” sualına İbrahimbəyov belə cavab verib.

"Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə qatılmaq fikrim yoxdur. Amma mənə elə gəlir ki, bu seçkilərdə iştirak etmək lazımdır. Bəlkə, budəfəki seçkilərdə saxtalaşmanın səviyyəsi az oldu. Mənə elə gəlir ki, demokratik qüvvələr bu seçkilərə qarışsa, seçkilərə bir xeyri olar və ölkədə mühit də dəyişər”.

Kinorejissor yaradıcılığından da danışıb.

"Burda film çəkilişləri də məşğul oluram. Fransa, Gürcüstan, Rusiya və  İspaniya kino xadimləri ilə birgə film çəkirik. Ay yarımdan sonra bu filmi bitirəcəm. Sonuncu çəkdiyim film tamaşaçılar tərəfindən böyük sevgiylə qarşılanıb. Bu yaxınlarda həmin filmin premyerası oldu. Çox yaxşı alınıb. Bu yaşımda belə, teatrda çox aktiv işləyirəm”.

Qeyd edək ki, tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun  bir müddət öncə siyasi proseslərdə adı daha çox hallanırdı.

ANN.Az

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol