• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan hücuma hazırlaşır

Ermənistan hücuma hazırlaşır
03.04.2015 23:59
Ermənistan müdafiə naziri Ohanyanın generallarla iclası keçirilib

Ermənistan müdafiə naziri Seyran Ohanyan hava hücumundan müdafiə ilə bağlı iclas keçirib.

ANS PRESS-in məlumatına görə, Ohanyan bildirib ki, ordunun hərbi gücünü təmin etmək üçün hava hücumundan müdafiə sistemləri daha da təkmilləşdirilməlidir.

İclasda Ermənistan silahlı qüvvələrinin son durumu müzakirə edilib. Bildirilib ki, orduda pilotların peşəkarlığı təcili artırılmalıdır.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyan bəyan edib ki, erməni əsgərləri bütün döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir.

Böyük ehtimalla son vaxtlar ermənilər cəbhə xəttində xeyli itki verdiyinə görə təcili iclas çağırılıb. Həm sadə vətəndaşlar, həm də əsgərlər arasında yaranmış ruh düşkünlüyünü aradan qaldırmaq üçün Ohanyan və onun komandası ordu ilə bağlı kəskin bəyanatlar verirlər. Guya onlar istənilən hücumun qarşısını almağa qadirdilər. Halbuki təkcə bu il ermənilərin kəşfiyyat-diversiya hücumları zamanı düşmən ordu ən az 50 il hərbçisini itirib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, o özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaqdır.
 
ANN.Az

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol