• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Xidməti: "46 sığorta agentinin lisenziyası ləğv edilib"

Dövlət Xidməti: "46 sığorta agentinin lisenziyası ləğv edilib"
06.04.2015 12:05
Bu gün Bakıda "Sığorta Agentlərinin III Milli Forumu" keçirilir.

ANN.Az xəbər verir ki, forumda Dövlət Sığorta Nəzarət Xidmətinin rəsmiləri ilə yanaşı digər sığorta rəhbərləri də iştirak edirlər.

Forum Dövlət Sığorta Nəzarəti Xidmətinin şöbə müdiri Mahir Abdullayevin çıxışı ilə başlayıb. O, son illər sığorta agentliklərinin artımından söz açarkən qeyd edib ki, hazırda ölkədə 950 sığorta agenti fəaliyyət göstərir. Onlardan 60-ı hüquqi şəxsə, 896-ı isə fiziki şəxslərə məxsusdur. Şöbə müdirinin sözlərinə görə, 2009-2014-cü illər arasında sığort agentliklərinin sayında ciddi artım olub. Bu artımın əsas səbəbi "İcbari sığorta haqqında" qanunun qüvvəyə minməsi olub. Şöbə müdiri qeyd edib ki, qanunda nəzərdə tutulduğu kimi sığorta agentlikləri sığortaçı tərəfindən onlara verilən səlahiyyətlərdən kənara çıxa bilməz. Sığorta agentlikləri sığorta nəzarəti orqanında qeydiyyata alındığı tarix hesablanmaqla 3 ildən bir həmin orqanın attestasiyasından keçməlidir.

Tədbirdə iştirak edən Dövlət Sığorta Nəzarəti Xidmətinin rəis müavini Müşfiq İsrafilov lisenziyaların verilməsini sığorta agentlikləri üçün ən əsas amillərdən biri hesab edib. Qanuna görə, attestasiyadan keçib minimum göstəriciləri yerinə yetirirsə, həmin sığorta agenti fəaliyyərini davam etdirə bilər.

Daha sonra M.İsrafilov əlavə edib ki, indiyə qədər 46 sığorta agentinin lisenziyası ləğv edilib: "800-ə qədər sığorta agentinin hesabat təqdim etməsinə baxmayaraq, aralarında bu öhdəliyi yerinə yetirən də olmadı. Bunun nəticəsində isə 46 sığorta agentinin lisenziyası ləğv edildi. Eləcə də 10 sığorta agenti lisenziyanın ləğv edilməsi ilə bağlı özləri müraciət ediblər. 81 sığorta agentliyinin isə bir müddətlik fəaliyyəti dayandırılıb".

Forumda sığorta bazarında agentlərin rolu, onların satış kanalları, vasitəçilərin peşəkarlığının artırılması, agentlik fəaliyyəti və bu sahədə rəqabət mühiti, sığorta agentlərinin üzləşdikləri problemlər, o cümlədən vergilərin ödənilməsi sahəsində problemləri və onların aradan qaldırılması, həmçinin daşınmaz əmlakın icbari sığortasında və avtomobillərin icbari sığortasında mənfi hallar və onların həlli, həm könüllü, həm də icbari sığorta növlərinin agentlər üçün yaratdığı perspektivlər, iqtisadi böhran dövründə sığorta müştərilərinin əldə saxlanılması və s. mövzularda müzakirələr aparılacaq.
 
Qeyd edək ki, tədbir DSNX və ASA-nın təşkilatçılığı keçirilir.
 
Orxan Aslanlı
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol