• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni layihə ilə necə uğur qazanmalı? - PR-Men, Təşkilatçı Samir İbadovdan

Yeni layihə ilə necə uğur qazanmalı? - PR-Men, Təşkilatçı Samir İbadovdan
29.05.2020 07:55


 

Hər hansı layihəyə başlamazdan əvvəl məqsəd auditoriyasının hərtərəfli təhlilinin həyata keçirilməməsi böyük xətadır. Müvəffəqiyyət qazanmaq istəyirsinizsə, hədəf qrupunuzun kim olduğunu bilməlisiniz.

 

 

Məqsəd auditoriyasını tanımaq nə üçün vacibdir?
Məqsəd auditoriyasının təhlili hər hansı məhsul və ya xidmət bazarı haqqında tam təfsilatlı məlumatların toplanması üsuludur. Məhsulu bazara buraxmadan, hər hansı kitabı yazmadan, film çəkmədən və ya auditoriyaya təqdim edilməsi nəzərdə tutulan hər hansı digər işə başlamadan əvvəl hədəf qrupu təhlili həyata keçirilməlidir.
Bu, bazarın ehtiyaclarına ən yaxşı şəkildə cavab verməyə, eləcə də məhsulu onlara çatdırmanın ən effektiv üsullarını müəyyən etməyə imkan verir. Əgər məhsulu hazırlamadan əvvəl müvafiq təhlil həyata keçirilməzsə, ideya və ya məhsulun nəzərdə tutulmuş auditoriyaya çatdırılması mümkün deyildir.

Necə başlayaq?
Hədəf qrupu müəyyənləşdirməyin ən yaxşı üsulu bazara təqdim ediləcək məhsulu nəzərdən keçirməkdir. Bu məhsuldan ümumən kimlər istifadə edəcək? Geniş kütlə üçün nəzərdə tutulub? Məsələn, hər bir evdə istifadə edilə biləcək bir məhsul, yoxsa xüsusi bir sahə üzrə ixtisaslaşmış insanlar üçündür? Hədəf insanları təxmini şəkildə müəyyən etdikdən sonra bir neçə mərhələdə onları dərindən araşdırmaq lazımdır.

Demoqrafiya
Başlanğıcda məqsəd auditoriyasının demoqrafik göstəricilərini təhlil etmək lazımdır. Bunu müəyyən etməyin müxtəlif üsulları vardır. Müəyyən bir regionda siyahıyaalma üzrə məlumatları faydalı ola bilər. Bazarda mövcud olan oxşar bir məhsulun istifadəçiləri üzrə demoqrafik məlumatları nəzərdən keçirmək də müəyyən təsəvvür yarada bilər. Əgər əvvəldə dediyimiz kimi dar çərçivədən olan xüsusi bir qrupu hədəf olaraq götürmüşsünüzsə, çox güman ki, həmin qrupda auditoriya haqqında demoqrafik məlumatları təmin edə biləcək xüsusi birlik və ya assosiasiya mövcuddur.

Təfsilatlar
Potensial bazarın yaş, cins, iqtisadi durumu üzrə səciyyəvi məlumatları topladıqdan sonra təhlili dərinləşdirmək lazımdır. Auditoriyanın bu yeni məhsul və ya xidmət vasitəsilə təmin ediləcək arzu və tələbatları vardır, buna görə də təhlilin məqsədi həmin tələbatları başa düşməkdən ibarətdir. Bazarda oxşar məhsullar varsa, mütləq həmin məhsullarda bu yeni məhsulun aradan qaldıra biləcəyi bir çatışmazlıq vardır. Müşahidə, müsahibələr, hədəf qrupları vasitəsilə auditoriyanın düşüncəsinə nüfuz etmək və bu məlumatları toplamaq olar.


Təhlildən istifadə
Məqsəd auditoriyasının təhlilini tamamladıqdan sonra ondan istifadə etmək lazımdır. Artıq hədəf qrupun coğrafi yerləşməsi, yaş, cins, gəlir xüsusiyyətləri, arzu və istəkləri barədə məlumatımız var. Auditoriyanın arzularına mükəmməl formada cavab verəcək məhsul hazırlaya və tələbata cavab verə bilərsiniz. Məhsul hazırlandıqdan sonra da təhlildən istifadə yenidən zərurətə çevrilir. Təhlil hədəf bazarın coğrafi mövqeyini aydınlaşdırır və istehsalçının məhsulu onlara çatdırmasına imkan verir.

Hər hansı layihəyə başlamazdan əvvəl məqsəd auditoriyasının hərtərəfli təhlilinin həyata keçirilməməsi böyük xətadır. Müvəffəqiyyət qazanmaq istəyirsinizsə, hədəf qrupunuzun kim olduğunu bilməlisiniz.

 

 

 

Təşkilatçı PR Men Samir İbadov

Media Print MMC/ rəhbəri

Media Management Group/rəhbəri

[email protected]

 


Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol