• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA prezidenti rektorlara çağırış etdi

AMEA prezidenti rektorlara çağırış etdi
07.04.2015 14:55
Azərbaycanda çox güclü gənc elmi elita yaradılmaldır.

"Trend"-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Әlizadə bu gün keçirilən Doktorantların və Gənc Tədqiqatçıların XIX Respublika Elmi Konfransında çıxışı zamanı deyib.

A.Әlizadənin sözlərinə görə, hazırda Azərbaycanda kifayət qədər güclü elmi potensial var: "Növbəti illərdə bu potensial güclənəcək. Bu, xüsusilə gənclərin hesabına mümkün olacaq.

A.Әlizadə qeyd edib ki, bu gün artıq gənclər Azərbaycan elmində bir məktəb yaradıblar.

Akademiya prezidentinin sözlərinə görə, bu il akademiyada ilk dəfə olaraq magistratura pilləsini yaratmağa nail olublar: "Bu ildən doktoranturaya qəbul olmaq istəyənlər mütləq beynəlxalq dil sertifikatlarını təqdim etməlidirlər. Biz daha akademiyanın xarici dil kafedrasının onlara verdiyi dəstəklə kifayətlənə bilmərik. Deməzdim ki, bunlar çoxluq təşkil edir, amma bugünkü tələbələr ingilis dilini zəif bilir, rus dilini yaddan çıxarırlar. Elmi ədədiyyatın çoxu ingilis və rus dillərində olduğundan bu gün həm rus, həm də ingilis dilini mükəmməl bilmək lazımdır. Başqa xarici dilləri bilmənin öz yeri var və onlar nəzərə alınmalıdır".

Akademiya prezidenti ali məktəb rektorlarını AMEA alimlərinin potensialından istifadə etməyə də cağırıb: "Akademiya sədri kimi ali məktəb rəhbərlərinə müraciət edərək bildirirəm ki, bacardıqları qədər alimləri mühazirə oxumağa dəvət etsinlər. Tələbələri isə alimlərin laboratoriyalarına göndərsinlər. Onlar elmin ön cəbhəsində aparılan metodikanı, üsulları öyrənərək tətbiq etsinlər. Sırf tədris proqramları kifayət etməz. Biz Təhsil Nazirliyindən də xahiş etmişik və yəqin ki, onlar bu məsələyə baxarlar. Bu gün tədris proqramları elmin nailiyyətləri ilə mütləq bir səviyyəyə gətirilməlidir".


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol