• $
  • €
  • ₽
  • ₺
  • £

“Hasarın o üzü” Şamaxıya gedir... - Fotolar

“Hasarın o üzü” Şamaxıya gedir... - Fotolar
29.05.2020 06:06

Aprel ayının 11-də  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti Şamaxı rayonuna səfər edərək, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının kollektivi ilə görüşəcəkdir.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, yaradıcı heyət teatrın cari repertuarında olan maraqlı, günümüzün aktual problemlərini əks etdirən yazıçı-dramaturq Əli Əmirlinin "Hasarın o üzü” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə rayon ictimaiyyəti qarşısında çıxış edəcək.  
Quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov,  quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Xalq Artisti Səyavuş Kərimi olan tamaşada əsas obrazları Xalq Artistləri Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), teatrın gənc aktrisaları Günel Məmmədova və Səbinə Məmmədova ifa edəcəklər.
 
 
Tamaşa bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülmüşdür. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.
 
 
Məlumat üçün bildirək ki, səfər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramının müvafiq bəndinin icra edilməsi və bölgələrdə yaşayan  əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə həyata keçirilir.
 










www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol